adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Sentyabr 2018 11:54
165825
MÜSAHİBƏ

“Dini fikirlərimə görə maşınıma bomba qoymuşdular” - Elşad Miridən ŞOK MÜSAHİBƏ

Müsahibimiz fikirlərilə cəmiyyətdə birmənalıqarşılanmayan tanınmış ilahiyyatçı Elşad Miridir. Elşad Miri oxucuların və eləcədə bizim suallarımızı cavablandırıb.

Adalet.az saytı Elşad Miri ilə müsahibəni sizə təqdim edir.


Həcc ziyarətipaltaryuyan maşındır ki, günahını yuyasan


- Elşad bəy, hər il müxtəlif ölkələrdən bir xeyliadam Həcc ziyarətinə göndərilir. Elə insanlar var, on beş, iyirminci dəfədirki, ziyarətdə olur. Ümumiyyətlə, Həcc ziyarəti İslam dinindən gələn adət-ənənədir,yoxsa vacib əməl?

- AllahQuranda deyir ki, kimin gücü çatırsa, ziyarət etsin. Gücü çatmırsa, deməli məcburdeyil. Bugün qiymətləri müəyyənləşdirəndə görürük ki, bir nəfərin ziyarəti 4000dollardan baha-başa gəlir. Bizim pula çevirəndə daha da artıq. Və əgər bir dəfəziyarətdə olmuş adam ikinci dəfə də ziyarət edirsə, ondansa bir tələbənin təhsilhaqqını ödəməyə kömək etsə daha məqsədəuyğundur. Hətta bəzi alimlər ikinci dəfəziyarətə getməyi israf sayırlar. Əgər Məhəmməd peyğəmbər oralarda yaşamağınabaxmayaraq ömründə bir dəfə Həccə gedibsə, bugün bizim hər il ziyarətə getməyimiznə dərəcədə doğrudur? Həcc ziyarəti paltar yuyan maşındır ki, biz hər il gediborada günahlarımızı yuyaq? Bu gün ziyarətlər ancaq Zilhiccə ayında təşkilolunur, amma Quranda bu "əşhur” olaraq, yəni bütün aylara aid olunur. Minadeyilən yerdə çadırlar var ki, o çadırlar yalnız Zilhiccə ayında tamamilədolur. Bu gün nə qədər müsəlman qaçqınlar var, çadırların boş qaldığı vaxtlardamüsəlmanları orada yerləşdirmək olar. Amma təəssüflər olsun ki, bugün bunlarafikir verən yoxdur.

- 17 min aləm varmı?

-Quranda belə bir şey yoxdur. "Əlhəmdülilləhi Rəbbil Aləmin” deyiləndə sadəcəbütün aləmlərin rəbbi olduğu deyilir.


Homoseksuallaracəza tətbiq olunmalıdır...


- Homoseksullıq barədə bilirsiniz. Bunu xəstəlikkimi də qəbul edirlər, xəstəlik olmadığını da deyirlər. Bəs, İslam necə qəbuledir?

-Quranda konkret olaraq Lut peyğəmbərlə bağlı məsələ qeyd olunur. Ondan əvvəlheç kimin etmədiyi bir işi etdikləri deyilir. Onların Lutun gətirdiklərini qəbuletmədiklərinə görə cəzalandırıldığı deyilir. Amma homoseksuallığı xəstəlik kimiqələmə versəz, insanlarda belə bir düşüncə yarana bilər ki, sabah mən də bu cürxəstələnə bilərəm. Bu bir xəstəlik deyil. Bu əxlaqsızlığın başqa bir adıdır. Əgəraraşdırsanız, görərsiniz ki, bu xəstəliyə hansı insanlarda meyillilik artır.İslam dinində isə bu barədə heç bir şey yoxdur və heç bir cəza da qeydolunmayıb.

AmmaQuranda zina edənlərə qarşı cəza var və bu cəza o zaman tətbiq olunur ki,onların əməlinin şahidləri var, ya da cəmiyyət içində açıq-aşkar ediblər. Bu günhomoseksuallara da bu cəza tətbiq oluna bilər.


- Elə insanlar var ki, sonsuzdurlar və ailə həyatıqururlar, uşaqları olmur. Onlara təklif olunur ki, süni mayalanma ilə uşaqdünyaya gətirsinlər. Din bunu necə qarşılayır?

- Bu heçbir şəkildə doğru şey deyil. Bu gələcəyi məhvə aparan anlayışdır. Baxsanız, görərsinizki, süni mayalanma yolu ilə dünyaya gələn uşaqların yaşı elə də çox deyil. Həmdə bu yolla uşaq dünyaya gətirmək atalıq-analıq mexanizmini aradan qaldırır.Başa düşüləndir, ata olmaq, ana olmaq təbii hissdir. Bunu heç kim inkar etmir.Nəzərə alsaq ki, atası-anası tərəfindən atılan bu qədər uşaq var, onlarıövladlığa götürməkləri daha məqsədəuyğundur, nəinki bu yolla uşaq dünyaya gətirmək.Bəs, atılmış uşaqların aqibəti necə olsun? Onların da nəvazişə, ata-anaqayğısına ehtiyacı var axı.

- Quranda Allahın dünyaya nəzarəti haqqında nəsəvarmı? Məsələn, deizim deyir ki, Allah dünyanı yaradıb və çəkilib kənara, onunişinə qarışmır.

- Baxın,bu gün işləməyək, heç nə etməyək, Allah bizi qidalandıracaqmı? Təbii ki, yox. Qurandanmisal gətirim. Məryəm anamıza buyurulur ki, altında oturduğun ağacı silkələ. Yənisəy göstər ki, ağacdan tökülən xurmalarla qidalana biləsən. Onda elə Allah oxurmaları özü tökərdi yerə, Məryəm anamız da onu yeyərdi, İsa da dünyaya rahatgələrdi. Bu gün uşaqların ac qalmağında Allahmı günahkardır, bizmi? Allahmı əmredib ki, o uşaqlar ac qalsın? Xeyr, Allah bizə tam əksini əmr edir. Amma bizboynumuza düşən məsuliyyəti yerinə yetirmədiyimizə görə günahı atırıq Allahınüstünə.

Götürək,Səudiyyə Ərəbistanı. Bu yaxınlarda Həcc ziyarətində nə qədər insan məhv oldu.Adını qoyduq ki, şəhid oldu. Siz bildinizmi rəsmiləri nə cavab verdi? Allahın qədəri.Təsəvvür edin, öz məsuliyyətsizliklərini atdılar Allahın üstünə. Amma yaxşı nələrsəbaş verdikdə sahiblənirik, öz adımıza çıxırıq.

Allah xəllaqdır.Fikir verin, insan bədənində trilyona qədər hüceyrə var və hər saniyə xeylisiölür, əvəzinə yeniləri yaranır. Bunu insanmı edir? Allah xəllaqdır, yəni hər anyaratmadadır. Allah bizə seçim hüququ verib, iradə verib. O, bizimdinsizliyimizə də hörmətlə yanaşır, bizi buna görə bu dünyada nə cəzalandırır,nə də mükafatlandırır. Amma onun bu dünyada bizim boynumuza qoyduğu vəzifələrəriayət etməyimizdən asılı olaraq, bizi ya o dünyada cəzalandıracaq, ya damükafatlandıracaq.

Bugünlərdəbir statistika ortaya çıxdı. Dünya Səhiyyə təşkilatının apardığı araşdırmalaragörə, Avropa və Qafqaz ölkələri də daxil olmaqla yarısından çoxu "obezite”dən,yəni kökəlməkdən əziyyət çəkir. Amma bu proses getdiyi bir zamanda bəzi ölkələrdədə insanlar acından ölür. Qurban bayramı ərəfəsində Nepalda oldum. İslam diniilə əlaqəsi olmayan ölkədi. Ordakı insanlar söhbət edərkən özləri etirafedirdilər ki, biz tənbəl xalqıq. Nepal dünyanın çirkli ölkələrindəndir. Bunu daAllah edibmi?

İşorasındadır ki, bu gün intiharların ən çox olduğu yerlər də inkişaf etmişAvropa ölkələridir. Təsəvvür edin, adamların heç bir maddi çətinlikləri yoxdur,problemləri yoxdur, amma intihar edirlər. Bu mənəvi tərəfin boşluğudur. Buboşluğu da din doldurur. Dinin düzgün çatdırılıb-çatdırılmaması isə başqa məsələdir.Bunlar yanlış iqtisadi siyasətin, yanlış sistemin nəticəsidir. Allah neyləsin?

Bir dədünyanın ilk yüz insanı siyahısına baxın. Onların var-dövlətini bütün insanlararasında bölüşdürsəniz, dünyada bir nəfər də kasıb qalmaz. Bu ilahi ədalətdirmi,yoxsa insanların özlərinin yaratdığı ədalətsizlikdirmi?

- İntihar dediniz... Bəs xəstəliyə dözməyib özləriniöldürənlər necə?

- Bu daintihardır. Fərq etmir. Təəssüf ki, bu gün intihar təbliğ olunur. Saytlardakı xəbərlər,canlı yayımda intiharlar və s. Bu, insanları acizliyə aparır. Baxın, dünyanın ənvarlı insanlarından biri, 25 milyarda sahib olan Ali Babanın qurucusu 10 dəfədünyanın yaxşı universitetlərindən biri olan "Harvard” universitetinə müraciətetsə də, rədd olunub. Bəs, nəticə nə oldu? Bu gün Ali Baba dünyanın ən çox gəlirgətirən şirkətlərindən birinin sahibinə çevrildi və indi təqaüdə çıxıb, müəllimlikləməşğul olmaq istəyir. Yaxud da Stiv Cobs. Adam valideynləri tərəfindən atılıb,başqa ailəyə verilib. Hətta öz qurduğu şirkətdən də qovulmuşdu. Bu gün hər nə qədərdə yeniləri buraxılsa da, onun yaratdığı sistemlə işləyirlər. O da universitetoxumamışdı. İndi bu adamlar intihar etməli idimi?


Azərbaycanlılarəslində müsəlman yox, deistdilər...


- Elşad bəy, insanlar doğulanda hansı inancladoğulur?

- Uşaqdünyaya gələndə görürük ki, bizim ona öyrətmədiyimiz qəribə hərəkətlər edir.Düşünürük ki, görəsən, bu hərəkətləri ona kim öyrədib? Küsməkdir, etiraz etməkdir,aclığını ağlamaqla bildirməkdir və s. Yəni siz bir kompüter alırsınız.Kompüterdə müəyyən proqramlar olur, amma siz sonradan ona müxtəlif proqramlaryükləyirsiniz ki, daha başqa işlərinizi də görə biləsiniz. Yəni bir uşaq dakompüter kimi təmiz gəlir. Məsələn, bu gün biz su içirik və suyun tərkibindəkimaddələr bizim bədənimizdə hüceyrələr formasında mövcuddur. Əgər o suyun tərkibindəbədənimizdə olmayan maddələr varsa, bədənimiz əks reaksiya verir, hüceyrələrmüqavimət göstərir. İnsan yaradılışında təmiz dinlə gəlir.

- Din deyəndə, yəqin Allah inancını nəzərdətutursunuz. Yəni Allah inancınınbirbaşa dinədəxli yoxdur. Dinsiz də Allah inancı mövcud idi.

- Bu günAllahsız insanlar mövcud deyil. Məsələn, bir ateistlə söhbət etdim, gördüm ki,o ateist deyil. Özünə də dedim, bəs niyə demirsən ki, deistəm? Dedi ki,insanlar deizmin nə olduğunu bilmədiklərinə, ateizmi daha yaxşı bildiklərinəgörə özümü ateist kimi qələmə verirəm. Həmin o inam və təmiz fitrət hamıda var.Bu gün əxlaqsız uşaq anlayışı varmı? Bu sonradan, valideynlərin tərbiyəsi nəticəsindəformalaşır. Həmin uşaqlar da müəyyən yaşa çatandan sonra ya özlərindəformalaşan fikirləri sorğulayıb təmizləri ilə yaşamağa davam edirlər, ya dasorğulamırlar, olduğu kimi qəbul edib yaşayırlar.




- Azərbaycanlılarınəksəriyyəti İslam dininə inanır. Başqa ölkələr də var ki, o ölkələrdəinsanların əksəriyyəti xristian, digərində yəhudi, başqalarında hinduizməinanlar çoxdur. Sizsə deyirsiniz ki, insanlar təmiz inancla doğulur. O zamankimin haqqı çatır ki, kimisə dini inancına görə mühakimə etsin?

-Ümumiyyətlə, kiminsə kimisə buna görə nə sorğulamağa, nə də mühakimə etməyəhaqqı yoxdur. Belə bir haqqı Allah bizə verməyib. Biz şəhərdə sorğu keçirtdik vəsorğu nəticəsində bəlli oldu ki, müsəlmanam deyənlərin çoxusu deistdir.Cavabları belə olurdu ki, ürəyim təmizdir, Allaha inanıram, vəssalam. Məsələn,elə toylarımızda da görürük ki, araq içə-içə Allahın adını çəkirlər. İndi sizxristian ölkələrdə də sorğu keçirin, görəcəksiniz ki, onlar da xristian deyil.Diplom işim hinduzimlə bağlı olub. Özüm də hindularla sual-cavabdan sonrabilmişəm ki, onların da hinduizmdən xəbəri yoxdur. Yəni Azərbaycanda olan müsəlmanlarlarnə qədər müsəlmandırlarsa, Nepaldakı hindular da o qədər hindudular.

- Tarixdən öyrəndiyimizə görə, Azərbaycanda din7-8-ci əsrlər arası vergilərdən azad olunmaq üçün qəbul edildi.

- Hansı vergidən? Kim idi bura gələnlər?

- Xilafət dövrü ilə bağlıdır bu.

- Belədeyək də. Dediyiniz məsələ sırf 639- 42-ci illərdə Nihavənd və Kadiseysavaşları gedən zaman Azərbaycana "İslam orduları” adı altında gələn Qüzeyfəbin Yaman olub. O zaman insanları qorumaqdan ötrü cizyə vergisi alınırdı. Bu dainsanların toxunulmazlığını saxlamaq üçün tətbiq olunmuşdu. Buna görə insanlarİslamı niyə qəbul etsinlər ki? Bu gün Azərbaycanlılar sadəcə müsəlman ailəsindədoğulduqları üçün özlərini müsəlman hesab edirlər. Amma soruşsaq ki, müsəlmanlıqnədir, heç kimin bundan xəbəri yoxdur. Heç məscidə gəlib namaz qılanlarınçoxusu Quranın Azərbaycanca tərcüməsini belə axıra kimi oxumayıblar. Onlarİslam dinini Aşura mərasimlərində sinə vurmaq, yaxud qan vermək, evlənərkən kəbinkəsdirmək, qurban kəsmək, oruc tutmaq, sədəqə vermək kimi başa düşürlər.


Azərbaycandilində namaz qılmaq olar, amma....


- Bəs yaxşı, dindarlar namaz qılırlar, dua edirlər.Bütün bunlara da ərəbcə riayət edirlər. Olmazmı ki, Azərbaycan dilindəqılsınlar namazı?

- Bir dəfəməndən bu sualı bir nəfər soruşdu. Dedim, ciddən namaz qılmaq istəyirsən, yoxsasual xatirinə soruşursan? Dedi, başa düşmədim. Dedim, əgər ciddisənsə, get, Azərbaycandilində qıl. Ciddi deyilsənsə, bu sualı verməyin özü qeyri-ciddilikdir.Universitetlərin birində dosent olan və Azərbaycanca namaz qıldığını deyən biriilə söhbət etdim. Soruşdum, Azərbaycanca namazı necə qılırsan, fatihə surəsinibizim dildə oxuya bilərsənmi? Dedi, əlbəttə ki. Həmd aləmlərin rəbbi olanAllaha məxsusdur, o rəhmandır, rəhmdir, din gününün sahibidir. Dedim, indi bunumənə Azərbaycan dilinə tərcümə elə. Duruxdu. Dedim, həmd ərəb sözüdür, aləm, rəbb,məxsus, din ərəb sözüdür, nə qaldı burda? Biz nəyin davasını edirik? İstədiyindildə qıl, amma başa düşərək, anlayaraq. Sən öz ana dilində qılsan belə həminsözlər səndə rituallaşacaq. Din ritual dini deyil.


DindarlarAllahın ilk əmrinə riayət etmirlər


Ənkəbud surəsində deyir: "Namaz sizi əxlaqsızlıqlardan,mənfiliklərdən uzaqlaşdıracaq”. Namazın həqiqətini dərk etməliyik. Allahıninsanlara ilk əmri namaz deyil, oxumaqdır. "Oxu, yaradan Rəbbinin adı ilə oxu”.Yaradılışını araşdır, oxu, öyrən. Çox təəssüf ki, oxuma və yazmağı bilməyənlərinəksəriyyəti İslam ölkələrindədir. Demək ki, Allahın ilk əmrinə ilk növbədə müsəlmanlarvə özünü müsəlman kimi qələmə verən adamlar biganə qalırlar.

Dostumuzunbiri danışır. Deyir, hava limanlarının birində oturub təyyarənin qalxacağıvaxtı gözləyirmiş. Məscidə girir, görür ki, onun kimi başqa irqlərdən, ölkələrdənolan insanlar var. Azan oxunur, hamı gəlir. İçlərindən bir nəfər, heç kimin tanımadığıbiri keçir namaz qıldırmaq üçün qabağa, arxadakılar da onun qıldırdığı namazınayələrini hamısı bir nəfər kimi başlayır təkrar etməyə. Çünki onlar nə dediklərinivə etdiklərini başa düşürlər. Sonra da əllərini açıb öz dualarını öz ana dillərindəedirlər. Burda problem nədədir ki? Ərəb dilində olanda nə olacaq, başqa dildəolanda nə?! Sadəcə namazın eyni dildə qılınmağının müsbət tərəfi odur ki, baxbelə situasiyalarda hamı bir yerdə birləşə bilir.

İbrahimsurəsinin 4-cü ayəsində Quranın ərəb dilində göndərilməsinin səbəbi göndərilənpeyğəmbərin onların dilində danışmasının vacib olduğudur. Bu o demək deyil ki, ərəblərvə ya ərəb dili müqəddəsdir. Təsəvvür edin, Musa peyğəmbər Azərbaycana gəlsəydivə ivrit dilində kitab gətirsəydi, danışsaydı, ziddiyət yaranmazdımı? O zamanAzərbaycanlılar ivrit dilini öyrənməli idimi?Tərcümələri oxuyub, başa düşüb, əslinə uyğun olaraq, yəni ərəbcə namazqılınmağının tərəfdarıyam. Amma bundan bir şou düzəltmək lazım deyil.


Peyğəmbərinxristian xanımı olub


- İslamda başqa dindən olan insanlarla dostluq etmək,ailə qurmağa qadağa varmı?

-Dostluq anlayışı nisbi anlayışdır. "Dost tutmayın” deyə buyrulur, amma əməkdaşlıqetmək, ticarət, ailə həyatı qurmaqdır, bunlara qadağa yoxdur. Peyğəmbərin yəhudixanımı da olub, xristian xanımı da olub. Bəs, belə olan halda biz kimə qadağaqoya bilərik? Niyə də olmasın?

- "İslamda yoxdur” adlı kitabınız çap olundu.Dediniz, bəzi problemlər yaşanıb. Kitabın taleyi necə oldu?

- Kitabıyazdım, amma təəssüf ki, kitabın Azərbaycanda çap olunması üçün adı bilinməyənbir senzura var. Dini kitabdırsa, dini kitabları mətbəələrin heç biri çapetmir, bunun üçün icazə kağızı lazımdır. Bunun üçün dini komitəyə ya mətbəə özümüraciət etməli, ya da siz müraciət etməlisiz, sizə icazə verilməli, sonra okağızı mətbəəyə təqdim etməlisiz. Biz də belə elədik. Mətbəə də müraciət etdi,yox dedilər, biz də dəfələrlə müraciət etdik, yox dedilər. Mən o kitabı sosialşəbəkədə paylaşandan sonra Harvard universitetində dərs deyən bir professordedi ki, mən o kitabı Türkiyədə çap etdirərəm. Kitab orada Azərbaycan dilindəçap olundu. Satışı da davam etdirilir, hədiyyə də olunur. Sonra türkcəyəçevrildi, çap olundu, təqdimat da keçirildi. Türkiyənin ən məşhur kitabmağazalarında satışı təşkil olundu. Sonra tanımadığım bir adam, bir millət vəkilimizvasitəsilə mənimlə əlaqə saxladı və dedi ki, mən bu kitabı qırğız dilinə də tərcüməetdirib Qırğızıstanda çap etdirmək istəyirəm. Pul təklif etsə də, qəbul etmədim.Daha sonra rusca, fransızca və almanca tərcümə olunur, çox güman ki, tezlikləoralarda çap olunacaq. Adının çəkilməyini istəməyən bir tanınmış Azərbaycanlıbu kitabı Amerikada "Harvard” universitetinə məxsus mətbəədə çap etdirmək istəyir.Eyni zamanda mən də mübarizə aparıram. Məhkəməm davam edir. Artıq ekspertizamüsbət rəy verib, ayın 18-i də məhkəməmiz olacaq. Bilmirəm hakim nə qərar verəcək,amma mən mübarizəni davam edəcəm.

Artıq budəfə "İslamda varmı?” adlı bir kitab da yazmışam və eyni qaydada bu kitab üçündə dini komitəyə müraciət edəcəm. Yəni buna məcburam. Və bilirəm ki, bu kitab ənənəvidini görüşlərə ziddir, komitə də bu dırnaqrası ənənəyə sadiq olaraq rədd cavabıverəcək. İnsanlara dini elə öyrədiblər, onların mənim dediklərimə bu reaksiyasınormaldır. Bunun üçün birinci növbədə insanlarda yanlış dini təsəvvür yaradanilahiyyatçılardan qurtulmaq lazımdır. İstəmirəm ki, Azərbaycan İranın başqa birvariantına çevrilsin. Deyilsə də, deyilməsə də dini baxımdan İranın Azərbaycanaçox ciddi təsiri var. Bu təsrilər hər bir formada özünü göstərir. Bu gün çıxışedən ilahiyyatçılar, din xadimləri hamısı dini komitədə qeydiyyatdan keçənlərdirvə onların fərqli nələrisə deməyi mümkün deyil.

Türkiyəyəbaxsaq görərik ki, Osmanlıdan qalan təriqətçilik və təzəvvüfü insanlara sırıyıbonları şeyxin qarşısında mürid, mürdəşirin önündəki meyidə çevirmək istəkləriçökməyə başlayıb. Araşdırmalara görə, artıq Türkiyənin əhalisinin 10 faizinindeizmə sürüklənidiyi ortaya çıxıb. Çünki doğru din anlayışını tapa bilmirlər.Əslində mənim yazıdığım kitab da dövlətimizin mübarizə apardığı mövzulardır. Məsələnyazmışam ki, azyaşlıların ərə verilməsi doğru deyil. Peyğəmbərimizinkarikaturasını çəkməyin. 53 yaşındakı bir kişini 9 yaşlı bir qız uşağı iləzifava soxmayın. Amma bugün o mənbələrdə bunun şahidi olursunuz. Mən də deyirəmki, o mənbələr çox-çox sonralar, 6-7 əsr sonra yazılıb, Peyğəmbərə istinad edilənbu mənbələr uydurmadır, onlarsa deyir, yox, sən belə deyə bilməzsən. Sonra deyirəmki, sizə təqdim olunan huri anlayışı yanlış bir təfəkkürün nəticəsidir. Kişilərəözünü təmiz saxla, ora gedəndə sənə 50 dənə huri veriləcək deyirlər. Bu məntiqləbelə çıxır ki, qadınlara da 50 kişi veriləcək? Belə bir din anlayışı ola bilərmi?Ölüyə Quran oxutdurmaq anlayışı yoxdur. Hakimin özü də protokol bağlanandansonra soruşur ki, həqiqətənmi ölüyə Quran oxumaq olmaz? Deyirəm, təbii ki,olmaz. Quranın Yasir surəsində də deyilir ki, Quran dirilər üçündür. Bu güntelevizoru falçılar bürüyüb. Bunların heç biri İslamda yoxdur. CavablarınıQurandan ayələrlə gətirirəm.

Təsəvvüredin, hədislər var ki, üzr istəyirəm ifadəmə görə, deyir, Allah qiyamət günübaldırını açacaq və peyğəmbərlərə göstərəndən sonra onu tanıyacaqlar. Bəs, peyğəmbərlərAllahın baldırını əvvəl harada görüblər? Bu nə anlayışdı? Amma bu gün buanlayışlar ən səhih hədis kimi insanlara sırınır. Mən buna zidd nəsə yazanda,deyirlər ki, sən ondan çox biləcəksən?


Peyğəmbərindi yaşasaydı video hazırlayıb Youtube-a qoymazdımı?


- Karikatura məsələsinə toxundunuz. Niyəbaşqa peyğəmbərlərin filmlərdə üzünün göstərilməsi yaxşı, Məhəmməd Peyğəmbərinüzünün göstərilməsi pis qarşılanır? İslamda şəkil çəkməyə qadağa varmı?

- Yaxşımövzuya toxundunuz. Bu haqda da yazmışam. Əgər mən buna inansaydım, qızımı rəssamlığaqoymazdım. Quranın özündə belə Süleyman peyğəmbərin cinlərə heykəllər düzəltdiklərindənbəhs edən ayə var. Və bunu da pisləmir. Quranda bununla bağlı heç nə tapa bilməzsiniz.Bunlar yalnız hədislərdən gəlmə anlayışlardır.

Hindistandagünə iki film çəkilir. Onlar həm ideologiyalarını, həm öz yanaşmalarını o filmlərləötürürlər. Əgər insanlar hansısa mesajlarını bu cür verirlərsə, ötürürlərsə,burda nə var axı? Peyğəmbər bu dövrdə yaşasaydı internetdən istifadə edərdimi,etməzdimi? Və yaxud da hansısa bir video çəkib Youtube-a qoyardımı, qoymazdımı?Peyğəmbərimiz insanlara çatdıra biləcəyi fikirləri məktuba yazıb müxtəlif ölkələrə göndərmirdimi?

- İnsanın daxili orqanlarını öləndən sonrabağışlaması dində necə qarşılanır?

- Sələfilərbunu qəbul etmirlər. Amma bunu deyən bir tanışımız var idi. Qəfil ürəyindəproblem yarandı. Təcili Belarusiyadan ürək gətirildi, nəql olundu. Quranda Maidəsurəsində buyurulur ki, bir insanı bəşəriyyətə qaytarmaq, bütün bəşəri diriltməkkimidir. Əgər bir insan ölürsə və onun orqanları bir insana həyat bəxş edirsə,bundan gözəl nə var ki?! Elə Belarusiyada artıq bu işə dövlət də qarışıb, orqanbankı yaradılıb, ölən insanların orqanları o banka bağışlanır və lazım olaninsanlara dövlət hesabına nəql olunur. Rəsmiləşdirilməsə orqan mafiyaçılığınayol aça bilər. Dini baxımdan belə bir qadağa yoxdur.


Rafiq Tağı TəzəPirdə camaatla bir yerdə ibadət edirdi


- Yazıçı Rafiq Tağını tanıyırdınız yəqin. Onubıçaqlayıb öldürdülər. Düzdür, cinayətin üstü hələ də açılmasa da, belə bir fikirqaldı ki, onu bıçaqlayan dindar biri oldu. Bəs, dini düşüncələrinizə görə sizə birbaşa təzyiqlərolubmu?

- RafiqTağı məsələlərə yazçı aspektindən baxırdı, yanaşması fərqli idi. Bizim onunlamüzakirələrimiz də olmuşdu, "Vətəndaş həmrəyliyi” qəzetinə yazırdım, o da ora gəlirdi,söhbət edirdik. Həmin vaxtlar yaşım az idi deyə onun mənə yanaşması fərqli idi.Dünənki uşaq kimi baxırdı mənə. Amma dini məsələlərlə bağlı ona deyirdim ki,sizin yanaşmanız insanlarda müşahidə etdiyiniz dini yanaşmadır. Amma dini mənbələrioxusanız görəcəksiniz ki, bunların dinə heç bir dəxli yoxdur. Təzə Pir məscidinəgedəndə, Rafiq Tağını da orada görmüşdüm. İnsanlara qoşulub onların etdikləriniedirdi. Təbii ki, yazıçı hadisələrin içində olmalı, müşahidə etməlidir, bu daonun haqqıdır. Amma bunu İslam dini deyə təqdim edəndə bir az qəribə alınırdı.Onun axırıncı yazıları ilə bağlı ciddi bir problemlər oldu. Hər hansı birformada qətlə yetirilməsi tamamilə yanlış idi və heç bir zaman İslamın adınabelə bir haqq qazandırmaq lazım deyil.

- Təbii ki, bu bir fərziyədir.

- Bəli,cinayətin üstü açılmadı. Bilrisiniz, biri var yazıçı Rafiq Tağı dinlə bağlı nəsədeyir, biri var, Elşad Miri. Rafiq Tağı dini bilmir deyə onu lağa, məsxərəyəqoya bilərdilər. Amma bunu bir ilahiyyatçı deyəndə məsələ ciddiləşir. Həm özünüşiə adlandıranlar, həm də sələfi adlandıranlar tərəfindən ciddi təhdidlərləqarşılaşıram. Bununla bağlı bir neçə dəfə o vaxt MTN-ə də dəvət olundum, bu məsələlərləbağlı müzakirələr apardıq, hətta mənim evə hansı saatlarda, hansı yollarlagedib-gəlməyimi də bilirdilər. Maşınıma bomba qoyulmaqla təhdid olunmuşdum, buməsələ də gündəmə gəldi. Bu məsələlər MTN- nin nəzarətində idi. Sonrakı proseslərdənxəbərim yoxdur. Mənə təklif etdilər ki, mühafizəçilər tərəfindən evim qorunsun,imtina etdim. Ki, insanlarda yanlış təsəvvür yarana bilər.


Dini fikirləriməgörə maşınıma bomba qoymuşdular. 

Dedilər, sənin aqibətin Rafiq Tağı kimi olacaq!


- Yəni dediyim o idi ki, sizi yolda görən adamlardanbirbaşa təzyiq görmüsünüzmü? Qabağınızı kəssinlər, vurmaq istəsinlər, söysünlər.

- Açığı,insanlar arasında bir o qədər də gəzib-dolaşmıram. Müəyyən iş saatlarım var, oiş saatlarından kənarda isə üzümdə maska ilə velosiped sürürəm. Maska yanlışanlaşılmasın, hava ilə əlaqədar istifadə edirəm. Amma belə birbaşa təzyiqolmayıb. İnternet üzərindən olur ən çox. Feysbuk səhifələrim xakerlər tərəfindənəlimdən alınıb, feysbuk hesabıma söyüşlər, təhdidlər gəlir. Rabitə və TexnologiyalarNazirliyinə, indiki DTX-nə müraciət etdik, bir xeyri olmadı. Bank hesabımıoğurlamışdılar, onu dərhal bankla əlaqə saxlayıb həll etdim. Hətta bunu dayazanlar olmuşdu ki, sənin də aqibətin Rafiq Tağı kimi olacaq. Yutubda videolaryerləşdirirəm, dərhal onun cavabı olaraq 3-4 video yerləşdirirlər, qulaq asıramki, bəlkə nəsə həqiqət taparam, amma görürəm ki, yox, onlar məni zındıq, kafiradlandırırlar, təhqir edirlər. Əsas məsələ qalır bir qıraqda. Bu təkcə şəxsiməqarşı təhlükə deyil, bu cahillik həm də cəmiyyəti təhlükə altına salır. Beləbir el məsəli var, hürən itin ziyanı olmaz. Yəni mənə nəsə etmək istəsələr, deməmişdə edərlər.

Bu günefirlərdə o adamlara şərait yaradırlar. İstəyirəm ki, onlara bir saat vaxtversinlər, mənə on dəqiqə. Amma imkan versinlər biz də demək istədiyimizi deyək,bəlkə insanlar nəsə öyrəndilər. Gəncə, Nardaran hadisələri bəs deyilmi?