DİN: Yalan məlumatlar yayıb ajiotaj yaradan 10 nəfər inzibati həbs edilib
Ölkədə pandemiya ilə bağlı aidiyyəti qurumların adından yalan məlumat yayan vətəndaşlara qarşı mübarizə tədbirləri həyata keçirilir.
Trend-in məlumayına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) İctimai təhlükəsizlik Baş İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişev deyib.
Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı ölkədə xüsusi karantin qərarı elan olunandan bu vaxta qədər bu cür məlumatlar yayıb ajiotaj yaradan 10 nəfər inzibati həbs edilib. Bundan başqa, 18 nəfər cərimələnib, 127 nəfərə xəbərdarlıq edilib
Digər Xəbərlər
02 May 2024 17:40