adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Aprel 2024 16:15
1162
KRİMİNAL

DİN tərəfindən müsadirə olunan 2 ton narkotik vasitə məhv edildi - VİDEO

Daxili İşlər Nazirliyi tərəfindən müsadirə edilmiş 2 ton narkotik vasitə məhv edilib.
 
DİN Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz dövriyyədən çıxarılan və 1692 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 1 ton 925 kiloqram müxtəlif narkotik vasitə “Bakı Neft Maşınqayırma zavodu” MMC-nin ərazisində məhv edilib.