DİN-dən müraciət: İnsan alverinin qurbanına çevrilməmək üçün diqqətli ol! - VİDEO
Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi… İlk baxışdan bu təkliflər cəlbedici görünsə də, araşdırmalar onu göstərir ki, son dövrlər sosial şəbəkələrdə xaricdə iş və təhsil adı altında saxta elanlara rast gəlinir.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər. Bəs bu kimi hallardan qorunmaq üçün nə etməliyik?
1. Xaricdə yüksək məvacibli iş və təhsillə bağlı onlayn təklif aldıqda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin “152“ Qaynar Xəttinə müraciət edərək konfidensiallıq təmin edilməklə ödənişsiz məsləhət ala;
2. Getmək istədiyiniz ölkədə akkreditasiya olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqə saxlayıb elanın həqiqiliyini dəqiqləşdirə;
3. İş və təhsil təklif edən şirkətin, eləcə də fiziki şəxsin xüsusi icazəsini, yəni lisenziyasını tələb edə;
4. Bağlanacaq əmək müqaviləsinin surətini istəyə bilərsiniz.
Ehtiyat tədbirləri bununla da bitmir. Ölkə hüdudlarını tərk etdikdən sonra da diqqətli olmalı, şəxsiyyətinizi təsdiq edən sənədləri heç kimə etibar etməməlisiniz. Əmək fəaliyyəti ilə məşğul olarkən əmək müqaviləsi bağlamalı, sizə qarşı edilən istənilən qanunazidd əməl barədə dərhal yerli polis orqanına, eləcə də həmin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliyimizə və ya Konsulluğa müraciət etməlisiniz.
İnsan alveri haqqında məlumatlı ol, qurbana çevrilmə!
Digər Xəbərlər
09 Fevral 2026 12:37
Reklam qaydalarının pozulması ilə bağlı 20 inzibati xəta aşkarlanıb
09 Fevral 2026 12:09
“Qərb ölkələrində sən demə qadınları istismar edib uşaq əti yeyirmişlər...”
09 Fevral 2026 12:00
“Əgər bir xalqı məhv etməyə çalışan qüvvələr varsa...”
09 Fevral 2026 11:46
Naxçıvanın yeni Baş naziri kimdir? - DOSYE
09 Fevral 2026 11:22
Naxçıvana yeni Baş nazir təyin olundu
09 Fevral 2026 11:01
Hərbi texnika, silah-sursatın dövriyyəsinə tələb olunan əlavə şərtlər müəyyənləşdi
09 Fevral 2026 10:21
Partlayış səsləri eşidiləcək - Xəbərdarlıq
09 Fevral 2026 09:02


Bakı -°C

