DİN-dən kibertalamalarla bağlı çağırış - VİDEO
Daxili İşlər Nazirliyi kibertalamalarla bağlı əhaliyə çağırış edib.
Adalet.az xəbər verir ki, çağırışda deyilir:
"Dələduzlar sizə zəng edərək, mesaj yazaraq və ya link göndərərək “mütəxəssislərimiz kartınıza kibermüdaxilənin edildiyini aşkarlayıb, kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin” deyə, sizdən bank kartınızın məxfi məlumatlarını tələb edə bilərlər.
Hətta görüntülü zəng etməklə sizi daha da özünə inandırıb yönləndirə, təlimatlar verib telefonunuzun dilini dəyişdirərək kartınızdakı pulu oğurlaya bilərlər. Bir daha qeyd edirik ki, heç bir halda bank əməkdaşı vətəndaşa zəng edib ondan bank kartının məxfi şifrələrini istəmir, bunun üçün link, SMS, yaxud elektron məktub göndərmir. Hansısa şübhəli əməliyyat aşkarladıqda, hətta sistemdə çətinliklər yaransa belə heç bir bankın əməkdaşının sizdən məxfi kart məlumatlarını soruşmağa ehtiyacı yoxdur.
Bank əməkdaşı sizdən yalnız kartınızın ilk və ya son 4 rəqəmini, sistemdə qeydiyyatda olan əlaqə nömrəsini və şəxsiyyət vəsiqənizin FİN kodunu istəyə bilər. Anlamalıyıq ki, bank kartınızın tam nömrəsini, PİN, CVV, OTP kodlarını və digər şəxsi məlumatları istəyən, sizə SMS göndərən şəxslər dələduzlardır. Onlara inanmayın, şübhələndiyiniz ilk anda zəngi sonlandırın. Gəlin, kartınızın təhlükəsizliyini birgə qoruyaq!nızın təhlükəsizliyini birgə qoruyaq!".
Digər Xəbərlər
08 Noyabr 2025 13:02
Necati Arabacı yenidən həbs edildi
07 Noyabr 2025 16:34
Tiktoker Cəsarət Cavadov 60 sutkalıq həbs olundu
07 Noyabr 2025 13:27
Məşhur tiktoker və blogerlər saxlanıldı - Kiberpolisdən əməliyyat - VİDEO
07 Noyabr 2025 11:38
Polis 4,3 kq narkotik aşkarlayıb
07 Noyabr 2025 11:29
Tbilisidə azərbaycanlı gənclərin döyülməsinə görə daha bir nəfər saxlanıldı
07 Noyabr 2025 10:26
Cinayətdə şübhəli bilinən 31 nəfər saxlanıldı
05 Noyabr 2025 18:24
Marketdən siqaret və içki oğurlayan keçmiş məhkum saxlanıldı
05 Noyabr 2025 16:28


Bakı -°C

