Trampın həkimi: ABŞ Prezidenti müstəsna fiziki formadadır
ABŞ Prezidenti Donald Tramp müstəsna fiziki formada olduğunu aşkar edən tibbi müayinədən uğurla keçdi.
Adalet.az xəbər verir ki, bu barədə Trampı müalicə edən həkimin Ağ Evin Mətbuat xidməti tərəfindən yayılan rəyində deyilir.
Sənəddə qeyd olunur ki, Tramp Vaşinqton ətrafındakı Uolter Rid adına Hərbi Tibb Mərkəzində planlı tibbi müayinədən uğurla keçib.
"Aparılan kompleks laboratoriya tədqiqatları əla nəticələr göstərdi", - ABŞ Prezidentinin həkimi Trampın metabolik, hematoloji və kardioloji göstəricilərinin sabit qaldığını izah edib.
Bundan əlavə, beynəlxalq səyahətlər ərəfəsində ona qrip və COVID-19 peyvəndi vurulub. "Prezident Tramp ümumi sağlamlıq nümayiş etdirməyə davam edir" - Amerika liderinin həkimi Trampın "kardioloji yaşı"nın təxminən 14 il az olduğunu söyləyib.
"Prezident Tramp müstəsna fiziki formadadır, ürək-damar, tənəffüs, sinir və dayaq-hərəkət sistemlərinin yüksək göstəricilərini nümayiş etdirir", - həkimin rəyində vurğulanır.
Digər Xəbərlər
17 Iyun 2026 19:00
Ukraynadan unikal "Aşan" əməliyyatı: 800 zirehli texnika məhv edildi
17 Iyun 2026 18:50
Rusiya Ukraynanın itkilərini yenilədi
17 Iyun 2026 18:32
Yaşar Güler NATO-nun toplantısında iştirak etmək üçün Brüsseldə səfərdədir
17 Iyun 2026 18:26


Bakı -°C

