DİN atasını öldürən Şirvan sakini barədə məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) Şirvanda baş verən qətllə bağlı məlumat yayıb.
Nazirlikdən Adalet.az-a verilən məlumata görə, martın 11-də Şirvan şəhərində yaşayan Elşən Xanışovun evində ailə-məişət münaqişəsi zəminində qardaşı Elçinə bıçaqla xəsarət yetirməsi və onları sakitləşdirməyə cəhd göstərən atası Zeynalı itələdiyindən sonuncunun pilləkəndən yıxılaraq ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Şirvan şəhər polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Xanışov saxlanılıb.
Şirvan şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
27 Aprel 2024 13:33
Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21Avtomobil oğurlayan Salyan sakini saxlanıldı
27 Aprel 2024 09:15