DİN: 18 cinayətin üstü “isti izlər”lə açılıb
2019-cu il sentyabr ayının 9-dan 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 18 cinayətin üstü "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilb. Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.
Digər Xəbərlər
28 Aprel 2024 09:52
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
27 Aprel 2024 13:33Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21