DİM-dən magistr olmaq istəyənlərə XƏBƏRDARLIQ

"Magistr” jurnalının 6-cı nömrəsində 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nin nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.
Adalet.az-ın xəbərinə görə Dövlət İmtahan Mərkəzin bakalavrların nəzərinə çatdırırır ki, jurnalın bu nömrəsi həm Azərbaycan, həm də rus bölməsi üzrə bir jurnalda – Azərbaycan dilində dərc edilib.
Jurnalı aşağıdakı ünvanlarda yerləşən "Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:
Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz
(Xidmətə keçid:http://eservices.dim.gov.az/ejurnal/).
Digər Xəbərlər

Bakıda yerləşən bağçada nöqsanlar AŞKARLANDI

Qarabağ Universitetində tibb fakültəsi açıldı - RƏSMİ

Qırmızı attestat alanların sayı açıqlandı

Magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı VACİB XƏBƏR

Azərbaycan Universiteti magistratura səviyyəsi üzrə ikili diplom proqramı təklif edir

TƏHSİLİMİZDƏ OLAN PROBLEMLƏR və ALTERNATİV METODOLOGİYA

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!
