adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Yanvar 2017 13:18
9292
ELM VƏ TƏHSİL

DİLLƏR UNİVERSİTETİNİN KEÇMİŞ ŞÖHRƏTİ ÖZÜNƏ QAYTARILACAQ

Biz tələbəolanda üç ali məktəbin adı xüsusi hörmətlə çəkilirdi: Azərbaycan Dövlət Universiteti, Tibb İnstitutu və bir də XariciDillər İnstitutu. Bu ali məktəbin tələbələri xüsusi qürurla fəxr edər vəforslanardılar. Hətta Xarici Dillər İnstitutunda oxuyanlar çox vaxt oranı eldilində «inyaz» adlandırırdılar. Ümumiyyətlə, bütün dövrlərdə «prestijli» ali məktəblər olub. Amma bayaq dediyimiz kimi, bunların gözü yuxarıdaadlarını sadaladığımız təhsil ocaqlarıdı.

Bu gün də ölkə təhsilindəbu üç təhsil ocağının öz yeri, öz çəkisi var. Ən azından ona görə ki, hər üç təhsilocağının çox zəngin tarixi və keçmişi çox şey deyir. Yaxın günlərdə mənə dedilər ki, Azərbaycan Dillər Universitetindəkütləvi informasiya vasitələrinin iştirakı ilə tədbir keçiriləcək. Səni də ordagörmək istəyirik. Təbii ki, dəvət olunan yerə getmək lazımdır. Və ataların birsözü yadıma düşdü: «Çağrılan yerə ar eləmə, çağrılmayan yeri dar».

Biziuniversitetin mətbuat xidmətinin rəhbərihörmətli Araz müəllim qarşıladı və görüş keçiriləcək otağa dəvət elədi. Hissolunurdu ki, onlar bu tədbirə çox ciddi hazırlaşıblar. Belə ki, yanvarın 27-dəAzərbaycan Dillər Universitetində 2016-2017-ci tədris ilinin payız sessiyasınıngedişini müşahidə etmək məqsədilə təhsil ekspertləri, KİV nümayəndləri, QHT təmsilçilərivə ADU-nin İctimai Nəzarət Şurası üzvlərinin iştirakı ilə mediatur keçirilirdi.

Tanıdığım vətanımadığım qəzetlərin, eləcə də saytların nümayəndələri öz yerində əyləşibgörüşü açacaq Azərbaycan Dillər Universitetinin rektor vəzifəsini icra edənprofessor Əfqan Abdullayevin gəlişini gözləyirdilər. Çox keçmədi ki, hörmətliprofessor Əfqan müəllim otağa daxil olduvə səmimi, yaddaqalan çıxışı ilə bizimlə ünsiyyət yaratdı. Aydındır ki, hər birrəhbər ona çalışır ki, işlədiyi yerdə çağlam əhval-ruhiyyə və eləcə də yaxşımühit yaratsın. Əfqan müəllim elə çıxışına başlayan kimi də çox gözəl bir aurayaratdı, təhsil ocağında gedən yeniliklərlə bağlı KİV nümayəndələrini tanış edəbildi. O qeyd etdi ki, dekabrın 23-dən bu vəzifəni icra edir və indiyə kimi dəmüxtəlif ali məktəblərdə, o cümlədən də Dillər Universitetində ayrı-ayrı vəzifələrdəçalışıb. Bu isə o deməkdir ki, o bu kollektivə təsadüfən gəlməyib. Rektor vəzifəsiniicra edən Əfqan Abdullayev bildirdi ki, bizim ali məktəb hamının üzünə açıqdırvə biz burda elə bir ab-hava yaratmaq istəyirik ki, həm tələbələrimiz, həm də bizim işimizə nəzarətedən insanlar görsünlər ki, hansı yenilikləri həyata keçirməyə çalışırıq. Hadisələrgöstərir ki, tələbənin halal haqqını özünə verməyin və qaytarmağın zamanıdır. Yənitəhsil rüşvətsiz də mümkündür. Dövlətbizə hər cür şərait yaradıb və biz də bu etimadı doğrultmalıyıq. Bu gün bizimali məktəbdə 6500 tələbə təhsil alır. Eyni zamanda 740 nəfər professor və müəllimheyəti çalışır. Elmlər doktoru, professorların aylıq əmək haqqı 1300 manatdır,kafedra müdirləri isə daha yüksək maaş alırlar. 5 fakültədə 22 xarici dil tədrisedilir. Biz əvvəlki ənənəni geriqaytarmaq istəyirik. Bunun üçün bu gün məktəbizimdə hər cür şərait və mühitvar.

Həqiqətən də öyrənirikki, bu gün Azərbaycan Dillər Universitetində çox sağlam mühit yaradılıb. Yənisavadlı, bilikli tələbənin heç kəs haqqını tapdalaya bilməz. İmtahanlar isə əsasənyazılı formada həyata keçirilir. Bir çox tələbələrin isə bu imtahanlardan sonraapellyasiya şikayətləri olur. Demək olar ki, şikayət edən tələbələrin 60 faizitəkrarən yoxlama zamanı onlara qarşı olmuş ədalətsizlik bərpa edilir. Başqasözlə demiş olsaq, ədalətsizlik aradan qaldırılır və tələbə əsl biliyininobyektiv qiymətini ala bilir.

Rektor vəzifəsiniicra edən professor Əfqan Abdullayev bir fikri də xüsusilə vurğuladı ki,yazıları düzgün yoxlamayan və səhvə yol verən müəllimlər cəzalanırlar. Belə ki,bir müəllim yazını obyektiv yoxlamadığına görə, onun dosentliyi əlindən alınıb.

Bir faktı daqeyd edək ki, ADU-da 2016-2017-ci tədris ilinin payız semestrinin imtahansessiyasında artıq bəzi yeniliklər bayaq dediyimiz kimi, tətbiq edilib. Beləki, universitetdə imtahan biletlərinə nömrə qoyulmur, həmçinin müvafiq otaqlar əvvəlcədənmöhürlənir və tələbələr yalnız imtahana 10 dəqiqə qalmış auditoriyayaburaxılır. Mühüm yeniliklərdən biri də imtahanların biliyin qiymətləndirilməsivə monitorinqi mərkəzi tərəfindən keçirilməsidir.

Rektorluq vəzifəsiniicra edən professor Əfqan Abdullayevin iştirakı ilə KİV nümayəndələri, eləcə dədigər qonaqlar imtahan gedən və yazıların yoxlanıldığı otaqlara baş çəkdilər.Bu sətirlərin müəllifi də həmin prosesdə iştirak elədi. Professorlarla və eləcədə imtahan verən tələbələrlə söhbət edərkən bir daha aydınlaşdı ki, bu yeniliklərtələbələrin də ürəyincədi. Hətta bir neçə tələbə ilə qısa müsahibə də apardıq vəonlar təsdiqlədi ki, kim imtahana cavab verirsə, yüksək qiymətini ala bilir.Burda tələbənin qiymətinin kəsilməsindən söhbət gedə bilməz. Ancaq faktlar göstərirdiki, yazıların yoxlanılması zamanı bəzi müəllimlər qeyri-obyektivliyə yol veriblərvə onlar da öz cəzalarını alıblar.

Rəyini öyrəndiyimiztələbələr səmimi olaraq dedilər ki, biz rektorluq vəzifəsini icra edən ƏfqanAbdullayevin həyata keçirdiyi yenilikləri alqışlayırıq. Əfqan müəllim də bizimləsöhbətində bir daha bildirdi ki, biz kənardan 11 nəfər müəllim dəvət eləmişdik. Onlar tələbələrdən özləri imtahan götürdülərvə onların verdikdəri qiymətdən də bir nəfər də narazılıq eləmədi. Ümumiyyətlə,biz ona çalışırıq ki, tələbələrimizin halal haqqını heç kim tapdamasın və heç kəsdə tələbənin üstünə yeriməsin. Və bir də müəllimə ən obyektiv qiymət verən elətələbənin özüdür.

Hər halda AzərbaycanDillər Universitetind həyata keçirilən bu yenilikdən KİV nümayəndələri də bizcənarazı qalmadılar. Ən azından ona görə ki, biz görüşün əvvəlindən sonuna kimirektor vəzifəsini icra edən professor Əfqan Abdullayevin çox səmimi olduğunu gördük. Sonda da o nümayəndələriöz kabinetinə dəvət elədi və bizi bir daha müəyyən yeniliklərlə tanış etməyiunutmadı. Axırda da yenə özünəməxsus səmimi bir zarafatla bizim yadımızdaqaldı. Dedi ki, mən həmişə sizin qulluğunuzda hazıram. Ancaq bir şərtlə: gərəkheç vaxt məndən kiməsə kömək etməyi və qiymət yazdırmağı xahiş etməyəsiniz! Təbiiki, biz də bunları səmimi qəbul elədik və ali məktəbdə yaranmış xoş auradanrazı qalaraq ordan uzaqlaşdıq…

Faiq QİSMƏTOĞLU