adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 May 2019 15:14
53302
ƏDƏBİYYAT

Dilimizin saflığını qoruyaq

"Ana dilimiz müstəqil Azərbaycanın,Azərbaycan xalqının ən böyük milli sərvətidir... Azərbaycan dili bizi keçmişdədə, indi də, gələcəkdə də birləşdirəcəkdir...”

Heydər Əliyev

Mənim dilim-

Tarix yolum, ömür yolum!

Mənim dilim –

Bakım,Təbrizim,İstanbulum,

Anadolum!...

Duruluğu –

Bulaqlardan alıb bu dil.

Qürurunu –

Şah dağlardan alıb bu dil !

Mənim dilim - ən uludur, -

Ulu türkün özü kimi.

Mənim dilim dupdurudur, -

Atatürkün gözü kimi...

Qubarayon Dağlı kənd tam orta məktəbin bayramsayağı bəzədilmiş geniş akt zalında"Dilimizin saflığını qoruyaq” mövzusunda tədbir Dövlət himninin səsləndirilməsivə sair Əmir Pəhləvanın bir bəndi yuxarıda dərc olunmuş şeirin bədii oxunuşu iləbaşlandı.

Tədbirinaparıcıları olan məktəbin X sinif şagirdləri Nəzrin Ağaliyeva və Aynur Məmmədovatədbir iştirakçılarını salamladıqdan sonra çıxış üçün sözü məktəbin dil-ədəbiyyatmüəllimi İlkin İsmayılova verdi. İlkin müəllim qeyd etdi ki, insanın bütün həyatıdillə bağlıdır, dil insanlara həmişə və hər yerdə xidmət göstərən ecazkar birvasitədir. Dil fikrin ən incə cəhətlərini, qəlbin ən dərin hisslərini ifadə edəbilir. Onu uzun əsrlər boyu xalq yaratmış, inkişaf etdirmiş və nəsildən-nəsləçatdırmışdır. Bizim vəzifəmiz bu qiymətli töhfəni qorumaq, zənginləşdirmək və gələcəknəsillərə ərməğan etməkdir. Gəlin daima dilimizə sahiblənək, onun saflığı,toxunulmazlığı uğrunda mübarizə aparaq, axı o bizə ata- babalarımızdan mirasqalmış milli sərvətimizdir.

Dahasonra məktəbin coğrafiya müəllimi- Azərbaycan Yazıçılar Birliyinin üzvi, "Araz”və "Qızıl qələm” media mükafatlarılaureatı Şixəmməd Seyidməmmədov dilimizin işığına toplaşanların diqqətinəçatdırdı ki, ana dilimiz varlığımız, bütövlüyümüzdür. Kim bu dilə xor baxır,başqa dili öyrənir, öz dilini unudursa, ona yalnız nankor adı vermək olar. Bizbaşqa dilləri də öyrənməliyik, ancaqdilimizi qeyrətimiz qədər qorumalıyıq. Belə bir atalar sözü var: "Dilini bilməyənanasını tanımaz”. Azərbaycan dili Azərbaycan xalqının milli sərvətidir. Biz onuyad ünsürlərdən qurtarmalı, onun təmizliyini göz bəbəyimiz kimi qorumalıyıq.Xalq şairi Rəsul Rza dilin təmizliyi haqqında demişdir :

Dili qiymətdən salar

Ucuz söz,hiylə,böhtan.

Elə saxla dilini,

Nə dil səndən utansın,

Nə sən dilindən utan.

TədbirdəXI”B” sinif şagirdləri Fədayə Heydərova və Yetər Poladova, IX sinif şagirdləriNərmin və Aysel Ağaliyevalar, Aydan Şükürova, VII”A” sinif şagirdləri ZülhiccəCəbrayılova,Zöhrə Bəkmirzəyeva,Nurcan Atayeva, Günay Əliməmmədova və Səbinə Vəlimuradovagörkəmli şairlərimizin dilimizə, onun saflığının qorunmasına həsr etdiklərişeirlərini dilə gətirdi, V”A” sinif şagirdləri "Yaşa Azərbaycan” mahnısını ifaetdilər. VII”A” sinif şagirdləri Kənan Kərimov, Fərid Eyvazov, Yaşar Həsənov,Azər Niftəliyev və Akşin Məmmədovun hazırladıqları "Ədalətli hökmdar səhnəciyidə tamaşaçılarda xoş ovqat yaratdı. Daha sonra əllərində "vilka” yox, "çəngəl”,"çaşka” yox, "fincan”,”papa” yox, "ata”, "mama” yox, "ana” sözləri yazılmış vərəqlərolan şagirdlər zala daxil oldular və onları yelləndirərək "Ana dilim” mahnısını oxudular.

Sonda: "Bəli, illərin, əsrlərin sınağından çıxmış dilimiz çox məhrumiyyətlərə tuş gəlmişdir.Qəhrəman dilimiz əyilməyib, yenilməyib, özgə hakimli,özgə dinli olmuşuq, ancaqözgə dilli olmamışıq, özgə dil qəbul etməmişik. Dəfələrlə paralanıb,parçalanıb, qanına qəltan olmuşuq, amma dilimiz öz gözəlliyini, öz zənginliyiniqoruyub saxlayıb”- deyərək tədbiri yekunlaşdıran məktəbin direktoru NiyaziRzayev belə bir gözəl, çox dəyərli tədbirin hazırlanmasında əməyi olan azərbaycandili müəllimləri İlkin İsmayılov, Mayis Seyidməmmədov, Əməkdar müəllim ÜlkərŞıxməmmədova, ibtidai sinif müəllimi Sveta Şükürova, məktəbin laborantı LətafətRzayeva və şagirdlərə minətdarlığını bildirdi, bütün kollektivə təhsildənailiyyətlər arzuladı. O həmçinin rayon tədbirlərində öncül yer tutmuşVIII”B”sinif şagirdi Ziyarət Əliyevaya və V”A” sinif şagirdi Nəsibə NiftəliyevayaQuba rayon Təhsil Şöbəsinin "Fəxri fərman”larını təqdim etdi.

Beləliklə, tədbirsona çatdı və iştirakçılar xatirə şəkli çəkdirdilər.

Ş.Seyidməmmədov,

Qubarayonu, Dağlı kənd

tamorta məktəbinin müəllimi