adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Sentyabr 2019 14:00
33803
DÜNYA

Diktatorun oğlunun maşınları 27 milyon dollara satıldı


EkvatorialQvineyanın lideri Teodoro Obianq Nquemanın oğlunun müsadirə edilən maşınlarıİsveçrə hərraclarında satıldı.

Ölkəni 40ildir idarə edən Nquemanın oğluna aidmaşınlar isveçrəli məsul şəxslərin apardığı araşdırma nəticəsində müsadirəedilib.

Aralarında "Ferrari”,"Lamborcini”, "Bentli”, "Rols Roys” markalalarının da olduğu 25 maşın İsveçrənin Cenevrə şəhərininyaxınlığında yerləşən Çesereks kəndindəki qolf klubunda ümumi 27 milyon dollarasatıldı.

Vəkillərləgəlinən razılaşmaya görə bu məbləğin 23 milyonu kasıblığın geniş yayıldığıEkvatorial Qvineyada sosial proektlərə xərclənəcək.

Avtomobillərarasında ən diqqət çəkən maşın, 2014-cü il istehsalı olan "Lamborcini”nin "VenenoRoadster” modeli anonim satıcıya düz 8.3 milyon dollara satıldı.

Bu məbləğ "Lamborcini” markalı bir maşının indiyə kimi hərraclarda satıldığı ən yüksək qiymət oldu.

"Lamborcini”nin 50 illikyubileyi üçün xüsusi istehsal edilən və 354 km/s sürətlə gedən bu maşın təxminediləndən 50 faiz daha yuxarı qiymətə alıcı tapdı.

Bəs TeodoronNquema Obianq kimdir?

Atasının 1979-cu ildən bəri oturduğu taxtın varisi kimi görülənObianq keçmişdə atasına müşavirllik və kənd təsərrüfatı naziri işlədikdən sonra2012-ci ildə prezident köməkçisi oldu.

51 yaşındakı Obianq beynəlxalq mediada böyük pullar xərcləməsi vəəyləncə düşkünlüyü ilə anılır.

2004-cü ildə "Nyu-YorkTimes” qəzetində yayımlanan bir məqalədə Obianq "Rep musiqisini sevən,hedonist, "Lamborcini” düşkünü, Hollivud və Rio De Janeyro səyahətlərini sevən”biri kimi tanıdılır.

İsviçreli savcılar Obiang’ıpara aklama ve kamu fonlarını kötüye kullanma suçlarından soruşturmuş, Şubatayında ise dosyayı kapatmıştı.

Qeyd edək ki,Obianq isveçrəli vəkillər tərəfindən çirkli pullarının yuyulması və sosialfondlarını istismar etmək cinayətlərinə görə mühakimə edilmişdi.

Daha sonra vəkillər Obianqla razılaşmaya gəldiklərini bildirdi.Razılaşmaya görə Obianq avtomobillərini satıb gəliri sosial proqramlaraxərcləyəcəyini deyib.

2017-ciildə isə Obianq Fransa məhkəməsindən 3 illik həbs cəzası almış, cəza isə ertələnmişdi.