Diana Hacıyeva sabah ilk yarımfinalda çıxış edəcək
Azərbaycanı "Eurovision” mahnı müsabiqəsində təmsil edən Diana Hacıyeva sabah "Skeletons” mahnısı ilə ilk yarımfinalda çıxış edəcək.
Adalet.az-ın APA-ya istinadla məlumatına görə, birinci və ikinci yarımfinalların hər birində müvafiq olaraq 18 iştirakçının çıxışı planlaşdırılıb.
Birinci yarımfinalda Azərbaycanla yanaşı, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və başqa ölkələri təmsil edən iştirakçılar öz ifalarını təqdim edəcəklər. Azərbaycan təmsilçisinin çıxışı Bakı vaxtı ilə saat 23:25-də gözlənilir.
İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.
Qeyd edək ki, "Eurovision - 2017” mahnı müsabiqəsi Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq.
Digər Xəbərlər
01 May 2024 11:14
Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12Aktrisa: “Dedilər ki, teatr aktyoru olma”
29 Aprel 2024 14:57İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52