adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Sentyabr 2018 11:20
10468
MƏMLƏKƏT

DEYƏSƏN, DİNDARLAR ÖZLƏRİ ALLAHA ŞƏKK EDİRLƏR

Birdə görürsən ki, qəzetlərdə, saytlarda bir yumurta şəkili getdi, üstündə Allah yazılıb, təbii ki,ərəbcə. Və yaxud hardasa bir qız peyda olub, qoluna Allahın, peyğəmbərin adı yazılıb.Təbii ki, yenə ərəbcə. Yaxub çayın kənarında ağacların şəklini çəkiblər, baxandaAllah sözü oxunur. Yenə ərəbcə. Sakit okeanda bir növ balıqlar tapıblar. Üstündə«Allahu Əkbər» yazılıb. Məlum dildə.

İndidə Qətl günü bir şəkil paylaşıblar. BuludlarAllah yazıb guya. Ərəb dilində. Allah sözündən daha çox Pasedonun yabasına oxşayır.Özü də bunu dindarlar çox həvəslə paylaşıb və dinsizlərin əlinə tuz kozr veriblər.

Əvvəla,Allah ərəb deyil. İkincisi də Allah o günə qalmayıb ki, özünün varlığını hansısayumurtanın üstünə, ya balığın üstünə adını ərəbcə yazmaqla sübut eləsin.

İstəyirsiniz Allahınmöcüzəsinin birini mən deyim. Səndən milyon illər uzaqda olan milyonlarla ulduzun bütövbir qalaktikanı iynənin ucu boyda olan gözününgiləsində yerləşdirir.