adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Aprel 2019 17:30
23321
ƏDƏBİYYAT

DƏYƏRLİ KİTAB

Tarix boyu Lənkəranbölgəsində dərin, ensiklopedik biliyə malik din alimlərimiz olub. Onların hərbiri dini və milli-mənəvi dəyərlərimizin fədakar daşıyıcıları kimi tanınıb, İslamdininin humanist ideyalarının təbliğində, milli mənəvi dəyərlərimizin, adət və ənənələrimizinqorunmasında misilsiz xidmətlər göstəriblər.

Mirzə MəhəmmədhüseynAxundun (İmam Axund) bölgəmizin din xadimləri arasında özünəməxsus yeri, yüksəkmövqeyi, böyük nüfuzu seçilib. Dərin biliyi, dini, elmi dünyagörüşü, savab,xeyirxah, nəcib işləri, pak əməlləri ilə yaddaşlarda özünə əbədi heykəlucaldıb.

Həmkarımız,"Respublika” qəzetinin cənub bölgəsi üzrə müxbiri, "Qızıl qələm” mükafatı laureatıƏlisəfa Həsənovun yenicə çapdan çıxmış "Sönməyən çıraq. Mirzə MəhəmmədhüseynAxund Lənkərani” adlı kitabı da ötən əsrdə Lənkəranda yaşamış görkəmli dinxadimi, humanist, xeyirxah, əməlisaleh insan, lənkəranlıların İmam Axund kimi dəyərləndiklərivə tanıdıqları Mirzə Məhəmmədhüseyn Axundun maraqlı, keşməkeşli ömür yoluna həsrolunub.

Müəllif Lənkəranda vəətraf rayonlarda yaşlı nəslin nümayəndələri ilə görüşərək İmam Axund haqqındaxatirələri, kitablarda və mətbuatda onun barəsində dərc olunmuş yazılarıtoplamış, çoxlu araşdırmalar aparmış, Respublika Milli Elmlər Akademiyasının MəhəmmədFüzuli adına Əlyazmalar İnstitutunda qorunan İmam Axundun qiymətli əlyazması barədə(Б-6081/29653 (II). Məhəmməd Hüseyn bin Əbdülhəmid Lənkərani. Risaleyi istofdətühafi elmül ərəbiyyə) oxuculara məlumatvermişdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı AllahşükürPaşazadənin kitaba yazdığı ön sözdə oxuyuruq: ” İmam Axund müctəhid üləmalardandı, eynizamanda böyük ustad və hərtərəfli biliklərəmalik müəllim idi. Sovet dövrünün, kommunistrejiminin qadağalarına baxmayaraq onun fədakarlıqla yetişdirdiyi tələbələr bugün müstəqil Azərbaycanın milli mənafelərinə sədaqətlə xidmət edən elm və dinxadimləridir. İmam Axund məktəbinin müdavimləri onun elm nurunu qəlblərindədaşıyır, əməli fəaliyyətlərində davam etdirirlər.

...Bütün həyatı və ömrünü xalqına həsr edən, haqq vəədalətin carçısı kimi tanınan, həmvətənlərinidaim halallıq və təmizliyə səsləyən insanlar haqqında yazmaq, həm müasirlərinə,həm də gələcək nəsillərə onları tanıtmaqolduqca şərəfli bir işdir. Ona görə ki, ləyaqətli insan ömrü başqalarınaörnəkdir, nümunədir, mənəvi-əxlaqi tərbiyə məktəbidir. Elə bir məktəb ki,burada həmişə Uca Yaradana, haqqa, ədalətə, xeyirxah əməllərə, halallığa və təmizliyəməhəbbət, dinsizliyə, imansızlığa, hər cür naqis keyfiyyətlərə və qəbahətlərənifrət təbliğ olunur. Bu baxımdan Axund Mirzə Məhəmmədhüseyn ağanın bütün həyatı,din xadimi kimi fəaliyyəti İslam dini uğrundakı xidmətləri təqdirəlayiqdir və gənclərimizəörnək olaraq təbliğ edilməlidir.”

Bütün varlığı ilə doğma el-obaya bağlı olan Axund Bakıda və qonşu ölkələrdəyaşamağa çoxlu dəvət alsa da ömrünün axırına kimi Lənkəranda qalmağa üstünlükvermişdir. O, görkəmli mesenat Hacı Zeynalabidin Tağıyevin dəvətini beləcavablandırmışdır: "Neçə olar ki, bir nəfər bağ salsın, bağ bəhrə verdiyi zamanondan alsınlar?! Məni Lənkəran camaatı oxutdurub, onları necə unudub Bakıdaqalım. O camaata xidmət etmək mənim borcumdur.”

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda İmam Axundun nəsillərənümunə olan həyatı, fəaliyyəti yeni faktlarla, maraqlı hadisələrlə təqdimolunur.

Ağaddin BABAYEV,

Lənkəran