“Dərnəgül” elektrik deposunun tikintisi mərhələli şəkildə icra olunur
Bakı metrosunda xətlərin ayrılması layihəsi çərçivəsində “Dərnəgül” elektrik deposunun tikintisi mərhələli şəkildə icra olunur.
Bu barədə Adalet.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Məlumata görə, birinci mərhələ xətlərin ayrılması üçün zəruri olan minimum infrastrukturun qurulmasını əhatə edir. Hazırda 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən depo ərazisindən keçəcək yeraltı avtomobil tunelinin inşası və Abay Kunanbayev küçəsini “Çinarlı” yaşayış kompleksi ilə birləşdirən piyada tunelinin yenidən qurulması işləri aparılır. Tunellərin açıq üsulla tikilməsi deponun icra qrafikində zəruri dəyişikliklərə səbəb olub.
AAYDA tərəfindən görülən işlər başa çatdıqdan sonra, deponun inşa edilən hissələrində dəmir yolu və digər infrastrukturun əlaqələndirilməsi qısa müddətdə həyata keçiriləcək.
Qeyd edilib ki, Bakı metrosunun inkişafında mühüm dönüş nöqtələrindən biri olan Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi artıq real icra mərhələsinə keçib. Bu layihə təkcə xətlərin fiziki ayrılması deyil, 6 əsas komponentdən ibarət kompleks yanaşmadır.
Digər Xəbərlər
28 Yanvar 2026 16:30
14 589 şəxsə amnistiya şamil edilib
28 Yanvar 2026 16:29
Bakıda oğurluq etdikləri evlərin kameralarını sındırdılar - VİDEO
28 Yanvar 2026 16:24
Səhiyyə xərcləri 30 %-dən çox azalıb
28 Yanvar 2026 14:33
Baş Prokurorluqdan kibertəhlükələrlə bağlı müraciət - VİDEO
28 Yanvar 2026 13:58
Uşaqların sosial şəbəkələrə girişinə qadağa qoyulması təklif olunur
28 Yanvar 2026 13:08
"Saxta əlilliklərin hamısı üzə çıxdı" - Komitə sədri
28 Yanvar 2026 12:10
"Hazırda ailə dəyərləri itir" - Nazir müavini
28 Yanvar 2026 11:35


Bakı -°C

