Dərmanların bahalaşması ilə bağlı rəsmi Açıqlama
Tarif Şurası Azərbaycanda dərmanların qiymətlərinin bahalaşması haqda yayılan məlumatlara aydınlıq gətirib.
Şuradan verilən məlumata görə, dərman vasitələrinin qiymətlərinin bahalaşması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlar həqiqəti əks etdirmir.
Qurumdan bildirilib ki, dövlət qeydiyyatına alınan 9850 dərman vasitəsinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilib və onlardan 7347 dərman vasitəsi (75%-i) hazırda təsdiq edilən qiymətlərlə satışdadır: "Digər 2503 dərman vasitəsinin (25%-nin) təsdiq edilən qiymətləri isə bu ilin 1 sentyabr tarixindən qüvvəyə minəcək. Sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilməlidir.
Məlumata görə, Tarif Şurası tərəfindən qiymətləri təsdiq edilərək qüvvəyə minən dərman vasitələrinin qiymətlərində şuranın qərarı olmadan hər hansı bir dəyişiklik, o cümlədən dərman vasitələrinin qiymətlərinin bahalaşması mümkün deyil: "Qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmiş 9850 dərman vasitəsinin qiymətləri Şuranın rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilib".
Digər Xəbərlər
02 May 2024 10:15
Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15Həftəsonu yuxusu depressiyanı azaldır
27 Aprel 2024 09:19