adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 May 2020 09:04
226358
MÜSAHİBƏ

Dərdlərə dərman, xəstəyə məcun ŞUŞA... 28 illik yuxu

Təbii gözəllikləri ilə seçilən, milli memarlığımızın və orta əsrlər şəhərsalmasənətinin qiymətli abidəsi, Azərbaycanın təkrarolunmaz mədəniyyət mərkəzlərindənbiri –Şuşa 8 may 1992-ci ildə erməni hərbi birləşmələri tərəfindən işğalolundu.

Artıq 28 ildir ki, şuşalılarŞuşaya həsrət bir tale yaşayır, içlərində bir nisgil böyüdürlər. Bunabaxmayaraq, birbaşa dövlətimizin sayəsində həyatın ən ağır imtahanı olanyurdsuzluğun, köçkünlüyün qarşısında əyilmədən-ümidlərini itirmədən öz ayaqlarıüzərində durmağı bacardılar.

Haşiyə:Məhərrəmov Ramiq İdris oğlu 1947-ci ildə Xankəndidə ziyalı ailəsindəanadan olub. 1965-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonraözünü sevdiyi həkim peşəsinə həsr edib. 1979-cu ildən bu günə qədər Şuşa MərkəziRayon Xəstəxanasının baş həkimidir. SSRİ-nin səhiyyə əlaçısı adına,1982-ci ildə”ƏməkRəşadəti” medalına, Ali dərəcəli həkim-təşkilatçı və 1991-ci ildə isə Əməkdar həkimadına, eyni zamanda yüzlərlə fəxri fərmanlara layiq görülüb. Ailəlidir. 5övladı var.

1993-cü ildən Yasamalda fəaliyyət göstərən ŞuşaMərkəzi Xəstəxanası şuşalıların qayğısına qalan, onların sağlamlığını qoruyanbir isti ocaqdı desək, yanılmarıq. Xəstəxananın baş həkimi Ramiq Məhərrəmovlasöhbətimiz ötənlərə bir baxış, gələcəyə bir ümid notları üzərində quruldu vədavam etdi. Müsahibənin oxucularımız üçün də maraqlı olacağını düşünürük;


-Hörmətli Ramiq həkim, bildiyimiz qədəri ilə Şuşanəinki, dünyanın təkrarolunmaz mədəniyyət mərkəzidir, həm də təbatəti ilə məşhurolub.

-Bilirsiniz ki, Şuşanın havası da, suyu da,torpağı bir məcun olub, rəsmi tibbə qədər el arasında müxtəlif dərman bitkilərindən,çiçəklərindən, bitkilərin kökündən, toxumundan geniş istifadə olunub. Şuşanın zənginflora və faunası imkan verib ki, əhali.türkəçarələrlə xəstəlikləri dəf etsin. Hələibtidai insanlar sınıqları müalicə etməyi, çıxmış oynağı yerinə salmağı, sarğıqoymağı bacarırdılar; ağrıkəsici bitkilərin xüsusiyyətlərini bilirdilər, günəşşüalarının, suyun şəfaverici əhəmiyyətini başa düşürdülər. Beləcə, xalqarasında xəstəliklərin müalicəsi üsulları və vasitələri haqqında bilikləri nəsildən-nəsləkeçirilərək yaşadan qeyri-ənənəvi təbabət vardı ki, buda xalq təbabətiadlanırdı. Yeri gəlmişkən, dahi Nizami Gəncəvinin "Xəmsə"sində dərmanlarbarəsində yazılar var. "İskəndərnamə"də isə Nizami yazır: "Başağrısı üçün mütləq qızılgül suyu (gülab) vacibdir."



Şuşanın Təbrizlilər məhləsinə yaşamağa gələn təbrizlilərin,şamaxılıların, ərdəbillilərin çoxu mədrəsə təhsili almış ruhaniydilər və onlaröz dövrünün savadlı adamları hesab olunublar. Təbii ki, tibbin bəzi sirlərinəyiyələnmiş belə şəxslər məscidlərdə, karvansaralarda müayinə və müalicələraparır, türkəçarələrlə əhaliyə tibbi xidmət göstərirdilər.

-Ciddi təbabətlə şuşalılar nə vaxt tanış oldular?

- İsfahanda ali tibb təhsili almış həkim Mirzə Məmmədqulubəy Qayıbov, Mirzə Məhəmməd Qarabaği (Bağır oğlu), Azərbaycanda cərrahiyyənin əsasınıqoymuş, Avropada tibb təhsilinə yiyələnmiş Kərim bəy Mehmandarov kimi savadlı həkimlərmeydana gəldi və buda öz növbəsində həkimlik sənətinin inkişafını sürətləndirirdi.
Amma ciddi tibbi inkişaf 1834-cü ildə İbrahimxəlilxanın qızı Gövhərağa (Gövhər Nisə) Cavanşir tərəfindən inşa etdirilən "AşağıGövhərağa məscidi” ndə yaradılmış müalicəxanadan başladı. Onun tərəfindən 1864-cü ildə xəstəxana təbibi vəzifəsi təsis edildi və ona məvacib təyin olundu .Daha sonra Çar höküməti tərəfindən Qarabağ üzrə Şuşa şəhərində 1847-ci ildə 4çarpayılıq tibb məntəqəsi yaradıldı. 1902-ci ildə Şuşada ikimərtəbəli şəhər xəstəxanasıyuxarı məhəllədə-ermənilər daha sıx yaşayan ərazidə tikildi. Qəribə odur ki həmÇar Rusiyası, həm də Sovet hakimiyyəti dövründə Şuşa şəhərinə, şuşalılara bəslənilənögey münasibət burada yaşayan əhalinin sayına və milli tərkibinə ciddi təsirgöstərdi. Ermənilərə göstərilən qayğının yüzdə bir hissəsi yerli azərbaycanlılaragöstərilmirdi.



Uzun illərdən sonra Şuşa ziyalılarının müntəzəmqubernatora müraciətləri və çalışmaları sayəsində 1909-cu ildə isə artıq Şuşada60 çarpayısı olan 2 xəstəxana fəaliyyət göstərirdi. 1918-1920-ci illərdə AzərbaycanMilli Hökumətinin müdafiə naziri general Xosrov bəy Sultanovun təşkilatçılığıilə Zəngəzurda, Qərbi Azərbaycanda açılan Ferşel Məktəbləri tibbə marağın vəmütəxəssislərin artmasına xidmət elədi. Həmin vaxt Xalq Xəstəxanasıadlandırılan xəstəxanada çarpayıların sayı 100-ə çatdırıldı. Qeyd edim ki,1872-ci ildə Bakı şəhər gimnaziyasını , 1877-ci ildə Sankt-Peterburq Tibb CərrahlıqAkademiyasını bitirən Sankt-Peterburq klinik hərbi xəstəxanasında həkim işləyənKərim bəy Mehmandarov qürbətdə çox qala bilmədi. 1883-cü ildə Azərbaycana döndüvə Yelizavetpol quberniyasının Cavanşir qəzasında (Şuşada) 1929-cu ilə qədər həkimkimi çalışdı. Hazırki xəstəxanamıza bu səbəbdən Şuşa xəstəxanasının ilk baş həkimivə Azərbaycanın ilk cərrahı Kərim bəy Mehmandarovun adı verilib.

Sovet dönəmində 1920-ci ilin may ayından Şuşa şəhərindəXalq Səhiyyə Komissarlığı tabeliyində Qarabağ Fövqalədə Komitəsinin Səhiyyə şöbəsiyaradıldı. Amma 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması iləŞuşa qəza şəhəri olmaqla bütün sahələr kimi səhiyyə sahəsində də tənəzzüləuğradı, çarpayıların sayı azaldılaraq 10 çarpayı həddinə düşdü. 1930-cu ildəŞuşa rayon statusu aldıqdan sonra rayon səhiyyə şöbəsi təşkil edildi və tədricənşəhərdə xəstəxanalar və kənd tibb müəssisələri şəbəkəsi yaradıldı. 1950-ci illərinsonunda müalicə müəsissələri Sanitar Xəstəxana Birliyində mərkəzləşdi. 1964-cüildə Rayon Səhiyyə Şöbəsi və Sanitar Xəstəxana Birliyi ləğv edilərək əvəzində Mərkəzi Rayon Xəstəxanası yaradıldı. 8 may 1992-ci ildəŞuşa rayonunun işğalına qədər rayonun səhiyyə müəssisələri aşağıdakı strukturdaoldu. Şuşa Mərkəzi Rayon Xəstəxanası - 200 çarpayı gücündə , şəhərpoliklinikası, stomatoloji poliklinika, sanitar-epidemioloji stansiya, təcilitibbi yardım stansiyası , tibb məktəbi. təsərrüfat hesablı profilaktikidezinfeksiya şöbəsi, mərkəzi rayon apteki və 5 aptek şəbəkəsi, X.B.Natəvanadına Respublika İxtisaslaşdırılmış uşaq sanatoriyası ( 250 çarpayılıq) şəhərdəəhalinin xidmətinə verilmişdi. Böyük Qaladərəsi (10 çarpayılıq), Quşçular,Malıbəyl (50 çarpayılıq) kənd sahə xəstəxanaları, Turşsu , Xanalılar, Xəlifəli,Çaykənd. Daşaltı kənd həkim ambulatoriyası, Allahqullar, Qaybalı ,Qaladərəsi ,Zarıslı, Səfixanlar, Şırlan , Göytala , Xanlıqpəyə feldşer-mama məntəqəsi kəndcamaatının istifadəsindəydi. Bir sözlə, həmin 30 səhiyyə müəssisəsində çalışanişçilərin sayı 559 nəfər idi ki, onların 96 nəfəri həkim, 237 nəfəri isə ortatibb işçisi olub.



-Şuşanın sanatoriya və kurortları keçmiş sovet məkanında-Baltikyanı respublikalarda, eləcədə Avropa ölkələrindəki sanatoriya vəkurortlardan özünəməxsusluğu ilə seçilib.

- Şuşa Sanatoriya-Kurort Birliyinin balansına aid 2 və3 mərtəbəli 18 bina daxil idi. Şuşa kurortunun əsası 1941-1945 -ci il Böyük vətənmüharibəsindən əvvəl qoyulsada inkişafı müharibədən sonra başlayıb. 1968-ci ildə15 korpusda 400 çarpayısı olan mehmanxana ponsionat səviyyəsinə çatdırılır.1970-ci ildən ponsionatın bir hissəsi dağ iqlim sanatoriyasına çevrilir.1969-cu ildə "Narzan” tipli karbohidratlı Şırlan mineral suyu 30 km. məsafədənçətin dağ yolları ilə Şuşa şəhərinə gətirilir. Bu həmin vaxt üçün ən uzaq məsafədəngətirilən mineral su kəməri idi. Beləliklə Şuşa kurortunda tənəffüs yolları xəstəlikləri,sinir-əsəb xəstəlikləri, maddələr mübadiləsinin xəstəlikləri, qan azlığı iləyanaşı mədə-bağırsaq xəstəliklərinin müalicəsi də mümkün olur. Şuşa şəhərininişğalı ərəfəsində sanatoriya-kurort birliyi binalarının sayı 18 olmaqla, 316yerlik Şuşa istirahət evi və 1000 yerlik ümumittifaq əhəmiyyətli sanatoriyanın6 yataq korpusu , mualicə korpusu, 400 yerlik yeməkxanası vardı. Təməli 1939-cuildə qoyulan ixtisaslaşdırılmış respublika uşaq sanatoriyasıda fəaliyyət göstərib.Orta illik çarpayılarının sayı 250 olsa da yay mövsümündə əlavə çarpayılar vəyay yeməkxanası açılırdı. Bu müalicə ocağında hər il 800-1000 vərəmli uşaqmüalicə alırdı. Şuşa turist bazası isə 1970-ci ildə müstəqil fəaliyyətəbaşlayıb. 1970-ci ildə əsas korpusu 130 çarpayı olan "Şəfa” turist bazasınaçevrilib. Əlavə 6 kottec quraşdırılıb və turist bazası əvvəllər il ərzində 6000nəfər turist qəbul edirdisə sonra turistlərin illik sayı 11-12 min nəfərəçatırdı. Təlabatı nəzərə alan respublika rəhbərliyi 1990-cı ildə əlavə 200yerlik korpus inşa etdirsədə, Dağlıq Qarabağ hadisələrinin başlanması turist gəlişlərinidayandırdı. Yadımdaykən qeyd edim, 1984-cü ildə Şuşa Səyahətlər və Ekskursiyalarbürosu ,1990-cı ildə Zamanpəyə kəndi yaxınlığında 8 kottecdən ibarər 120 nəfərlik"Soyuqbulaq” turist bazası açıldı. Burada ailəvi istirahət üçün də münasib şəraityaradıldı. Şəhərin ponaramasına xüsusi rəng qatan 9 mərtəbəli, 100 yerlik"Qarabağ” mehmanxanası, Azərsənayetikinti istehsalat birliyinin "Dağlıqqarabağsənayetikinti” layihə birliyinin "Qonaq evi-mehmanxana”sı (Ulu öndər Heydər Əliyev1982-ci ildə Şuşaya gələrkən orada qalıb ), Şuşa şəhərində respublika meşə-sağlamlıqməktəbi (100 yerlik),17 pionerlərin yay istirahət düşərgəsi, AzərbaycanAvtomobil Nəqliyyatı Nazirliyi işçilərinin uşaqları üçün yay istirahət düşərgəsi,2 yanaşı üç mərtəbəli korpusunda 300 uşaq üçün;"Qaqarin” adına DQ Vilayətpionerlərin yay istirahət düşərgəsi, 8 yanaşı bir mərtəbəli korpusunda 160 uşaqüçün,"Dostluq” vilayət kommunal təsərrüfat işçilərinin uşaqları üçün pionerlərinyay istirahət düşərgəsi, 2 korpusunda 120 uşaq üçün Şuşa uşaqların yay idmandüşərgələri mövcud idi. Təəssüf ki, 1989-1992-ci illərdə erməni silahlı qüvvələrininhücumları nəticəsində bütün sahələrlə yanaşı regionun turizm iqtisadiyyatınaciddi ziyan dəydi.

-Həkim, Şuşa Mərkəzi Rayon Xəstəxanasının Qarabağmüharibəsi dövründəki fəaliyyəti haqqında da məlumat verərdiniz...

-Bu gün Şuşa şəhərinin işğalından 28 il ötür. Yəniyaxın dövrün hadisələri olduğuna görə, həmin dəhşətlər hələ də hamınınyadındadır. Təkcə 1991-ci ilin sonunda müəyyən olundu ki, xəstəxanamızda həm hərbi,həm də mülki 1700 yaralı gətirilib. 289 kvadrat-kilometr ərazisi olan Şuşada həmindövrdə 25 min nəfərədək əhali yaşayırdı. Mayın 8-nə keçən gecə erməni silahlıbirləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirdilər. Şəhərinintensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-dək davam etdi, bundansonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücuma keçdi. Həmin gün cərrahiyyəəməliyyatından çıxmış 82 nəfər yaralını, 20 ölünü şəhərdən çıxarda bildik.Şuşadan ən son çıxanlardan biri kimi tibbi rota-hospital olaraq Turşu ərazisindəmay ayının 15-nə qədər fəaliyyətimizi davam etdiridik. Laçın da işğalolunduqdan sonra həkim briqadamızla birlikdə Ağcabədi rayonunda, 1 saylı məktəbinbinasında döyüş zonasından gələn yaralıların həyata qaytarmaq, onları ordumuzayenidən qazandırmaq üçün əlimizdən gələni əsirgəmirdik.

- 1993-cü ildə Bakıya gəldiniz...

- Şuşalıların demək olar ki, çoxu Bakıda məskunlaşıb.Şuşa Mərkəzi Rayon Xəstəxanasının poliklinika hissəsi Malıbəyli kənd Həkim tibbməntəqəsi -hal- hazırda Bakı şəhəri Ramana 450 qəsəbəsində yerləşir.Şuşa rayonQuşçular kənd Həkim tibb məntəqəsi- Bakı şəhəri Pirşağı qəsəbəsində Gilavarsanatoriyasında yerləşir.Şuşa rayon Xanalılar kənd Həkim tibb məntəqəsi vəAllahqullar kənd tibb
məntəqəsi - Ağdam rayonu ərazisində Mirzələr qışyataqlarında yerləşir. Şuşanın tibb müəssisələrində 152 nəfər çalışır. Onlardan47 nəfəri həkim, 75 nəfəri isə orta tibb işçiləridir.Şuşa Mərkəzi Rayon Xəstəxanası1993-cü ildən Bakı şəhəri, Ə.Əhmədov (keçmiş Talıblı küç.) küçəsi 26 ünvanındayerləşir.Əvvəllər təmirsiz zirzəmidən ibarət olan bu yer indi dövlətimizinqayğısı, Şuşa rayon icra hakimiyyətinin, şəxsən Bayram Səfərovun köməkliyi sayəsindəhəm yüksək səviyyədə təmir edilib , həm də tibbi avadanlıqlarla təhciz olunub.

-Ramiq həkim, indidə 28 ildi içinizdə, beyninizdə.gözlərinizdə. yuxularınızda yaşatdığınız Şuşadan danışın...məsələn, Şuşaya getsəniz,ilk olaraq haranı ziyarət edərsiniz?

-O vaxt mərhum prezidentimiz Heydər Əliyev Kəbəniziyarət edərkən, namaz qılmaq istəyib və şeyxülislama qiblənin harda olduğunusoruşub. Oda bildirib ki, cənab prezident, bura Kəbədir. Siz hardadurursunuzsa, ora elə qiblədir. Şuşada mənim üçün Kəbədir. Hansı tərəfinə ayaqbassam elə orada qibləgahımdı. Şuşanı yalnız şeir, muğam, mahnı beşiyi kimitanımaq çox azdır. Şuşanın ab-havası, iqlimi tamam bambaşqadır. Vaxtilə onunadını dünyanın ən məşhur sağlamlıq məkanları ilə bir sırada çəkərdilər. Şuşadağlarının məğrurluğu, gül-çiçəyinin ətri, quşlarının nəğməsi, bulaqlarınınzümzüməsi, şəlalələrinin şırıtlısı o qədər qeyri-adidir ki, onu olduğu kimiyaratmaq çox çətindir. Firudin bəy Köçərli yazırdı: "Şuşanın ab-havası safvə salamat olmağa görə yaylaq mənziləsindədir. Şuşa şəhərinin ab-havasının təsirindənvə torpağının bərəkətindən burada çox zürəfa, üdəba və şüəra vücuda gəlib".Loğman şəhəri idi Şuşa. Dərmansız, iynəsiz insanları müalicə edirdi, həyataqaytarırdı. Sovetlər dövründə dava-dərman təsir etməyən xəstələrə deyərdilərki: "Get bir neçə gün Şuşada qal. Qoy Qarabağın havası sənisağaltsın". Neçə-neçə yaşlı insandan bu etirafı eşitmişik: "İndiyəkimi Şuşanın hesabına yaşayıram". Amma ümidsizdə deyiləm. Dağlıq Qarabağaolan böyük diqqətin, münasibətin əsası ulu öndər Heydər Əliyev tərəfindənqoyulmuş və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ləyaqətlədavam etdirilir. Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin siyasi xəttinə,onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə inanır. Düşmənişğalı altında olan torpaqlarımız əsası yalnız ulu öndər tərəfindən qoyulmuşstrategiya sayəsində azad ediləcək.

-Maraqlı müsahibəyə görətəşəkkür edirik!

Əntiqə RƏŞİD