Deputatlarımız səfərdə
Milli Məclisin deputatları - Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Rasim Musabəyov və Şahin İsmayılov Avronest Parlament Assambleyasının Şərq tərəfdaşlığı ölkələrinin nümayəndə heyətləri rəhbərlərinin görüşündə və Avronest PA-nın prosedur qaydaları üzrə işçi qrupunun iclasında, eləcə də Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş tədbirdə iştirak etmək üçün fevralın 19-dan 22-dək Kiyevdə səfərdə olacaqlar. Milli Məclisdən verilən xəbərə görə, səfər çərçivəsində Avronest PA-nın prosedur qaydaları üzrə işçi qrupunun iclasında qurumun fəaliyyətinin təkmilləşdirilməsi və effektivliyinin artırılması ilə bağlı məsələlər müzakirə ediləcək.
Ukrayna Ali Radasında keçiriləcək Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş tədbirdə isə deputatlar, diplomatlar və elm xadimləri çıxışlar edəcək, diplomatik münasibətlərin tarixinə nəzər salacaqlar.
Sonra Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Xocalı soyqırımına həsr edilmiş anma mərasimində iştirak etmək üçün fevralın 23-də İsrailin Yerusəlim şəhərinə yola düşəcək.
Səfər fevralın 26-da başa çatacaq.
Digər Xəbərlər
29 Aprel 2024 15:36
Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi
29 Aprel 2024 15:35İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
29 Aprel 2024 15:05Ceyhun Bayramov Qətərə getdi
29 Aprel 2024 14:49Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub
29 Aprel 2024 14:39