Deputatlar “Heydər zirvəsi”nə yürüş etdilər - FOTOLAR
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü həm ölkəmizdə, həm də xarici ölkələrdə təntənəli şəkildə qeyd edilir. Azərbaycan Respublikasının Milli Məclisi də öz növbəsində Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a bildirilib ki, “Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Milli Məclisin sədr müavini Adil Əliyev, parlament Aparatının rəhbəri Fərid Hacıyev, deputatlardan və Aparatın əməkdaşlarından ibarət bir qrup “Heydər zirvəsi”nə yürüş edib.
Yürüş noyabrın 18-də Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxmaqla yekunlaşıb. Zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefini ziyarət edərək, hörmət və ehtiramını ifadə edən yürüş iştirakçıları ağır hava şəraitinə və çətin relyefə baxmayaraq, yürüş zamanı qarşıya qoyulmuş məqsədə nail olublar.
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

