Deputatlar AŞPA-nın komitə iclasına gedir
Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün dekabrın 5-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, komitə iclasının gündəliyinə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası, ölüm hökmünün ləğvi, Avropa Şurasına üzv dövlətlərin Şengen sistemindən siyasi sanksiya kimi istifadə etmələri ilə bağlı və bir sıra digər məsələlər daxil edilib.
Deputatlar tədbirdə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.
Səfər dekabrın 8-də başa çatacaq.
Digər Xəbərlər
23 Sentyabr 2026 20:20
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
23 Sentyabr 2026 20:08
Nyu-Yorkda Azərbaycan-Belarus strateji tərəfdaşlığı müzakirə olunub
23 Sentyabr 2026 19:24
Ceyhun Bayramovla Serbiyanın XİN rəhbəri ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
23 Sentyabr 2026 18:23


Bakı -°C

