Deputat: ““Formula 1”lə müqavilənin uzadılması Azərbaycanın qələbəsidir”
"Bu günlərdə məşhur "Formula 1” avtomobil yarışının Bakıda keçiriləməsi ilə bağlı müqavilənin 2023-cü ilədək uzadılmasını Azərbaycanın, ilk növbədə Prezident cənab İlham Əliyevin apardığı xarici siyasətin növbəti qələbəsi kimi qiymətləndirmək olar”.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə sosial şəbəkədə bildirib.
Deputatın sözlərinə görə, ötən dörd il ərzində yarışın Bakıda yüksək səviyyədə təşkil edilməsi, yarışa gələn xarici turistlərin sayının artması və yarışın aparıcı telekanallarla nümayiş etdirilməsi Azərbaycanın cəlbedici və perspektivli ölkə olması anlamına gətirib:
"Həmçinin, ölkənin sürətlə inkişafı, turistlərdə Bakının qədim tarixi qorunmaqla müasir görkəmi haqda fikirlərin formalaşması yarışın gözəlliyini daha da artırır. Heç bir şübhə ola bilməz ki, prezidetin apardığı uğurlu siyasəti ilə Azərbaycanın qələbələri daha da artacaqdır”.
Digər Xəbərlər
26 Aprel 2024 21:53
İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41QƏRƏZLİ QƏTNAMƏLƏRİN YEGANƏ SƏBƏBİ QARABAĞI AZAD ETMƏYİMİZDİR
26 Aprel 2024 19:00