adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Avqust 2020 11:39
33446
MƏMLƏKƏT

Dəniz üçün darıxanlar: Uşaqların çimərlik kefindən REPORTAJ

Xəbər verdiyimiz kimi, artıq 5 avqustdan karantinrejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərinistifadəsinə icazə verilib.

Azərbaycan Respublikası Ekologiya və Təbii SərvətlərNazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindənbirgə yaydığı müraciətdə:"Virusa yoluxanların sayının azaldılması, özünüzü və yaxınlarınızı virusayoluxmadan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməletməyə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdənartıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardanistifadəyə çağırırıq" -deyilib

Həmçinin TürkiyəSəhiyyə Nazirliyinin koronavirusla bağlı qərargahının nümayəndəsi, uzman həkimSəma Turan dənizdə duz miqdarı yüksək olduğundan virusun canlı qala bilməehtimalının aşağı düşdüyünü və hovuzlara nisbətən daha az təhlükəli olduğunubildirmişdi. Nəhayət səlahiyyətli və əlaqədar qurumlarınicazəsi ilə çimərliklərfəaliyyətə başladı.

Adalet. az xəbər verir ki, çimərliklərdəsıxlıq müşahidə olunur. Uzun müddətdir,dənizə həsrət qalan insanlar, indi ora axın edir. Qəzetimizin əməkdaşlarıNovxanı çimərliyində olub. Əhalinin, xüsusən uşaqların 5 aylıq karantinstressindən sonra dəniz keyfini kameralarının yaddaşına həkk ediblər.


Bu arada uşaqları ilə çimərlikdə istirhət edən valideynlərlə ayaqüstü söhbətlər də etməyəimkanı yaranıb.

Vaqif Səfiyev: -Biz yerli Bakılıyıq. Novruz bayramı bitəndənsonra günümüz dənizdə keçib. Balıq tutmağa,təmiz hava almağa gəlmişik.Havalar isindimi, dəniz ilındımı, dənizdən çıxmamışıq. Düz payızın küləkli -yağışlı günlərinə qədər. Koronavirus pandemiyası ilə əlaqədar bu il nəinki dənizəgirə bilmədik, heç evdən çölə çıxmağa imkanımız olmadı. Dəniz mövsümünün açılışını eşidəndən bir günsonra artıq dənizə ayağımız açılıb. Hər güngəlirik.

Səmayə Abdullayeva - Oğlumla qalıram, 3 nəvəmvar. Bu gün oğlum məni də, nəvələrimi də dənizə gətirib ki, bir az dincələk.Karantindən yorulmuşuq axı... Böyük nəvəm 6-cı sinifdə oxuyur, o birilərbalacadı. Bu səbəbdəndə özümlə bir çanta yemək gətirdim ki, acsalar yesinlər.Bayaqdan dənizdən çıxmırlar, çiləşirlər, güləşirlər. Elə sevinclidirlər ki,onları çağırmağada dilim gəlmir.


Səfayə Əliyeva-Mən uzun illərdi "zob” xəstəliyindən əziyyət çəkirdim. Epidemiyayayılılmamışdan əvvəl həkimlərin məsləhəti ilə hər gün səhər saat 5-6 radələrindəailəvi bura gəlirdik. Səhərin açılışını, dənizin gözəlliyini burda izləyirdik.Gözümüz təbiətin gözəlliyini görürdü, həm də səhhətimdə xeyli irəliləyiş hissedirdim. Yay aylarında ən azı bir ay buproseduru təkrarlayıram ki, qışda xəstəliyimməni yataqlara salmasın. Allah bizi şanslı yaradıb ki, bol günəşimiz, mavi dənizimizvar.

Adil Əmrullayev-Oynaqlarımda revmatizma var. Hansı yayı ki, gəlib özümü quma basdırmasam, həmin qışı həkimlərə möhtac qalıram, dərmanlar,iynələrdən əskik olmur. Nə yaxşı ki, əlaqədar qurumlar çimərliklərin açılmasınaicazə verdi. İndi qızılı qumun ixtiyarındayam.

Təxminən 4 yaşlarındabir uşaq anasının dilimləyib verdiyi qarpızı çılpaq bədəninə dağıda-dağıda, tələsə-tələsə yeyir. Ona yaxınlaşırıq.

-Sənin adın nədi?

-Ceyhun...

- Ay Ceyhun, dənizəniyə gəlmisən?

Uşaq bəlkə dəsualımı düz eşitmədi.

- Qarpız yeməyə...

Ətrafdakılar,xüsusən uşağın anası ucadan güldü. Ceyhun əlindəki qarpızdan bir dişləkdə alıb,dolu ordları ilə izah eləməyə başladı:


-Yox e, dənizəçimməyə gəlmişəm,.. Mama, ataynan məni çağırdı ki, gəlin qarpız yeyin...

-Ceyhun evinizdəqarpız var?

-Burdakı qarpızqəşəydi...

Anlayanlaranladı. 4 yaşlı Ceyhun da dənizin kənarında,təmiz havada, isti qumun üstündə yeyilən qarpızı hər şeydən çox bəyənir.

Beləliklə, çəkdiyimizkadrlarda ancaq uşaqların sevincini göstərməyə çalışacağıq:

Əntiqə Rəşid