adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Iyul 2019 11:27
39838
ƏDƏBİYYAT

Demokrat Cəfərin xoruzu

(Hekayə)

BizCənubi Azərbaycandan 1946-cı ilin qarlı dekabr günü Arazın bu tayına,vətənimizin Quzeyinə köçəndən ailəmiz Ağdam şəhərində Qarabağın gözel guşəsindəməskunlaşmışdı. Ağdamın məşhur bazarına yaxın küçədə yəni Xanlar küçəsi ev 34–də yaşayırdıq. Gözəl həyətimizi, iki mərtəbəli evimiz var idi. Dörd tərəfimizyaxşı qonşularla əhatə olunmuşdu. Hamısı xeyrə-şərə yarayan qonşular idilər.


Ağdamşəhərinin camaatı qaynar bir həyat sürsələr də, çox adamlar bir-birini yaxndan tanıyırdı.Böyüyə, kiçiyə çox hörmət qotyurdular. Ağdamda çoxu ağ mişardaşlarındanevlərini erməni ustaya tikdirirdilər. Bizim də iki mərtəbəli evimizi atamın "dost”saydığı erməni Suren tikmişdi. Bir ətək pul almışdı. Doyunca evimizdə yeyibiçmişdi. Yaxşı yadımdadı elə daşı-daş duyduqca zarafata sahıb deyirdi:- "AraCafar narahat olma, ara bu evi özüm üçün tikirəm”. Çox sonralar anladım ki, buSuren niyə belə deyirmiş? Əfsuslar olsun. Nə isə... Ağdamda çox adamı ləqəbiilə tanıyırdılar. Məsələn: "Yumurta Bəhrəm”, "Qəssab Rəşid”, "Patifon Vəli”,"Zərgər Bahadur”, "Komunist İsa”, "Alverçi Soltan”, "Kömür satan Diləzbər”.

Mənimatam Cəfəri isə "Demokrat Cəfər” kimi tanıyırdılar. Məndən uşaq vaxtı soruşandaki, kimin oğlusan? Özümdən asılı olmayaraq cavab verirdim ki, "DemokratCəfər”-in. Atam çox təşkilatçı kişi idi. Ali təhsili yox idi. Amma elə yazıb,pozurdu elə bil iki universitet qurtarıb. Gözəl tar çalırdı. Pəsdən TeymurMustafayev sayağı oxuyurdu. Şeirler yazırdı. Cənubi Azərbaycanda Milli AzadlıqHərəkatında fəaliyyətinə görə fərdi təqaüd alırdı. Deyəsən çox kənara çıxdım...Bizim həyətimizdə toyuq –cücə çox olurdu. Amma bir gözəl xoruzumuz var idi.Boyu hündür, qanadları, quyruğu zümrüd rəngində çalırdı. İri ayaqları var idiGözöləri qartal gözlərinə oxşayırdı. Dimdiyi də dimdiyi kimi. Adamın üstünəyüyürəndə adam xoruzdan qorxurdu. Atam hər gün qamış zənbillə bazara gedər,bazarlıq eləyərdi. Dəmir darvazadan ayağını içəri qoyan kimi xoruz harada olsaonu görər, qanad açıb onun qabağına yüyürərdi, özünü aşağı əyib qanadını atamgətirən zənbilin altına verərdi. Darvaza ilə evimizin arası 20-30 metr olardı. Atamznbilli anama verənə kimi xoruz atama kömək eləyərdi. Kişi ilə insan kimidanışırdı. Hamımız bu xoruza məəttəl qalmışdıq. Hərdən uşaqlara da cumurdu.Amma kəsməyə əlimiz gəlmirdi.


Qarabağınacılı günləri başladı. Nankor ermənilər, ağdamlıları pərən-pərən elədilər.Evimizi qoyub çıxmalı olduq. Dəmir darvaza da elə açıq qaldı.

Birgün xoruz yuxuma girdi.

Yuxudagördüm, erməni Suren belində torba, əlində kalaşnikov avtomatı darvazamızayaxınlaşır. Darvazanı açıq görüb ürəklə içəri girdi.

-Haa! Bu evi mən elə özüm üçüntikmişdim. İndi qapı-pəncərələri, ağ list dəmirləri söküb aparacam.

-Ay Cafar! Elə bu evi mənim üçünqoyub getmisən!.. birdən alnının ortasından iki qoşa təpik dəydi. Suren yerəsərildi. Özünü itirdi. Məgər burda adam var?... Birdən xoruzu gördü. Xoruzqartal kimi onun üstünə şığıdı. Qoşa təpiklə onu yerə sərdi. Suren ayağa qalxıbxoruza diqqətlə baxdı. Xoruz adam kimi danışırdı.

-Quq-quq, quq-quq... Xoruz deyirdi.Bu evdə yediyim çörək sənə haram olsun. Burnunun deşiyindən gəlsin. Quq-quq,xeyrini görməyəsən. Sənin həyət-bacan da belə yiyəsiz qalsın. Xoruz iki qanadıilə Sureni altına basmışdı.

-Gözəl nə gözəl, belə xoruzuvurmazlar. Bunu diri tutub aparacam. Bu qartaldı ki,...

-İstədi xoruzu diri tutsun. Xoruzbir neçə dəfə ona hücum elədi. Üst-başını ayaq caynaqları ilə cırıq-cırıqelədi. suren hirsləndi. Avtomatı yerə qoyub, xəncərə bənzər bıçağını çıxartdı.Xoruz ondan əl çəkmirdi. Şığıyırdı üstünə. Əl atıb xoruzun boğazından yapışdı.Xəncəri xoruzun boğazına çəkdi vətələsik torbasına basdı. Pəncərələri, qapıları ağ dəmirləri sökməyi sonrakıgünə saxladı. Küçəyə çıxdı. Xanlar küçəsi ilə üzü Sarı təpəyə tərəf getməkistəmədi. Qəfildən xoruz torbadan qanı axan boğazını çıxartdı. İki dəfəqanadlarını çırpdı. Qanlı boğazını Surenin üz-gözünə şappıldatdı. Sureninüz-gözü qana bulaşdı. Bir erməni harsını (arvadı) evləri gəzə-gəzə qəniməttoplayırdı. Sureni bu halda görüb;

-Axber (qardaş) məgər burda ağdamlıqalıb?... Səni bu kökə kim salıb?.. Suren torbadakı boğazından qan axan gözəlxoruzu göstərdi. Haxçınin (arvadın) matı-mutu qurudu.

-Səni bu günə başı kəsik xoruzqoyub? Ağdamlı qalmış olsaydı səni sağ buraxmazdı. Suren başını kəsdiyi xoruzufəxrlə yuxarı qaldırıb arvada dedi:-Axçı bilirsən bu kimin idi? Bu xoruz "DemokratCəfərin xoruzudu”.

-Mən belə bir yuxu görmüşdüm. Ammamənə elə gəlir ki, bizim xoruzumuz elə belədə eləyib. Axı o Demokrat Cəfərinxoruzu idi.

Tariyel Ümid.