adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Fevral 2018 15:45
12260
MƏMLƏKƏT

DƏMİRYOL LAYİHƏLƏRİ ERMƏNİSTANI 40 ARŞINLIQ QUYUYA ATDI

MöhtərəmPrezidentimiz İlham Əliyevin apardığı uğurluiqtisadi siyasət nəticəsində son illərdəhəyata keçirilən dəmiryol layihələri (Bakı-Tbilisi-Qars, Bakı-Məşhəd) təkcə Azərbaycanıdünyaya bir pəncərə kimi açmır. Və təkcəAsiya ilə Avropanı və Şimalla Cənubu birləşdirmir,həm də Ermənistanı qırx arşınlıq quyunundibinə ataraq bu düşmən ölkəyə böyük birzərbə vurdu.

Ermənilərinbir çox arzularını gözündə qoydu, xüsusiləİran-Ermənistan (İrəvan) dəmiryol xəttinin çəkilməsi layihəsi atıldı yüzillik arxivinə.İranın İrəvana dəmiryol xətti çəkməsindəməqsəd əslində İrəvanın üzərindən Rusiya dəmiryollarına bağlanmaq fikri idi. Və artıq İranın bu istəyiAstara üzərindən həyatakeçirildi. İran hökuməti o qədər səbatsız deyil ki, pulunu boş bir şeyə– İrəvana dəmiryolu xətti çəkməyə xərcləsin.Məlumdur ki, Azərbaycanın ortaya qoyduğuən vacib şərt də odur ki, Ermənistan Bakı-Tbilisi-Qars dəmiryoluna qətiyyən qoşula bilməz.

Beləliklə,onsuz da iqtisadiyyatı qırx arşınlıq quyunun dibində olan Ermənistan daha bir qırx arşın quyunun dibinə düşdü.