adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Noyabr 2018 14:30
6525
MƏMLƏKƏT

DƏM QAZINDAN BOĞULMALAR - Faiq QİSMƏTOĞLU yazır

Payız və qış mövsümündə bir çoxlarımız təbii qazla işləyən sobalardanistifadə edirik. Üstəlik də hamam otağında quraşdırılmış qazla işləyən suqızdırıcılarda düzgün fəaliyyət göstərməyəndə hamama və mənzilə dəm qazı ötürür. Başqa sözlə demiş olsaq, istər qaz sobaları, istərsə dəhamamdakı suqızdırıcılar peşəkar ustalar tərəfindən tənzimlənməli vəquraşdırılmalıdır.

Birmənalı olaraq bütün istifadəçilər,abonentlər anlamalıdlar ki, mənzillərdə quraşdırılan, qazla işləyən sobalar vədigər cihazlar lazımi standartlara cavab verməlidir. Yəni qeyri-standartavadanlıqlardan mənzil sahibləri uzaq durmalıdılar. Ancaq nə etmək olar ki,ucuz olduğu üçün qeri-standart avadanlıqlara əhali daha çox meyl göstərir. Buisə başdan-ayağa təhlükə deməkdir.

Mənzillərdə quraşdırılan qaz sobaları və eləcə də suqızdırıcıqurğular hələ o demək deyil ki, tam təhlükəsizdir. Təhlükəsizliyin tamamilə təminedilməsi üçün bir neçə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi də vacib şərtlərdəndir.Həmin təhlükəsizlik tədbirləri ilə bağlı əhali arasında neçə ildir ki, FövqəladəHallar Nazirliyi maarifləndirmə işləri aparır, qabaqlayıcı tədbirlər görür. Hərbir mənzil sahibi ilə təhlükəsizliklə bağlı söhbətlər aparılır. Gərək mənzilsahibləri də məlum qurumun irad və tövsiyələrini anlasın, eyni zamanda başa düşsün, mövcud nöqsanıvaxtında aradan qaldırsın. Yəni hər abonent payız və qış mövsümü gələndə birdaha qaz sobalarlarını və suqızdırıcı cihazları peşəkar ustalar tərəfindənyoxlatdırmalı, evlərin tüstü-bacalarını hec olmasa ildə bir dəfə təmizlətdirməlidilər.Bununla yanaşı, hamam otağında işləyənsuqızdırıcı diqqətdə saxlanılmalı, hamam otağının qapısının ən azı beş yerindəiri dəliklər açılmalıdır ki, ora dolan dəmqazı çölə çıxsın. Çox təəssüf ki, bir çox abonentlər bu məsələlərə məsuliyyətsizyanaşır və nəticədə dəm qazından boğulmalar və ölüm halları baş verir.

Ötən ilin payız-qış mövsümündə təkcə Bakı şəhərində onlarla insan dəmqazından boğularaq dünyasını dəyişib. Dəm qazından boğulan bir neçə nəfərin həyatınıisə həkimlər xilas etməyi bacarıblar. Artıq bu payız mövsümündə də dəm qazındandünyasını dəyişənlər var. Bu yaxınlardabir ailənin üç üzvü dəm qazından zəhərlənmə dioqnozu ilə Klinik Tibbi Mərkəzintoksikologiya şöbəsinə çatdırılıb. Şöbə müdiri Azər Maqsudovun mətbuata verdiyiaçıqlamaya görə, çox çətinliklə də olsa onları həyata qaytarmaq mümkün olub.

Bizi bir məsələ də narahat edir: Bakıda əksər binalarıntüstü-bacaları 30 ildən çoxdur ki, təmizlənmir. Bu isə birmənalı olaraq hərhansı mənzil sahibinin hamam otağında dəm qazından boğulmasına münbit şəraityaradır. Deyirlər ki, tüstü-bacaları özəl bir qurum var, o təmizləyir. O qurumada pul verməlisən ki, gəlib tüst-bacanı təmizləsin və bu pulu da hər bir adamindiki çətin durumda tapıb verə bilmir. Ona görə də özəl qurumla yanaşı,tüstü-bacaların təmizlənməsi üçün dövlət qurumu da yaradılmalıdır. Və bu dövlətqurumu da dövlətin özü tərəfindən maliyyələşdirilməlidir ki, kimdənsə asılı vəziyyətdəolmasın. Bax, həmin dövlət qurumu gəlib əhalidənpul almadan heç olmasa ildə bir dəfə tüstü-bacaları təmizləsə, dəm qazındanboğulanların sayı inanın ki, yarıbayarı azalar.

Çünki özəl qurumların Araz aşığından, Kür də topuğundandır. Yəni kimsədəm qazından boğulursa, bu heç o qurumun tükünü də tərpətmir. Ancaq dövlətqurumu yaradılsa, istər-istəməz dəm qazından boğulmağa görə, o, məsuliyyət daşımalı olacaqdır.

Hər halda, payız mövsümüdü və havalar da get-gedə soyuyur. Qışdahavalar daha da qarlı və şaxtalı keçəcək. Ona görə də qaz sobalarından vəsuqızdırıcı cihazlardan istifadə edən mənzil sahibləri daha diqqətli olmalı, mənzildə,hamam otağında cihazlara nəzarət etməlidilər. Bu ən azından mövcud təhlükəniaradan qaldırar və dəm qazından zəhərlənmə hallarının aşağı enməsinə yardımçıolar.