Dəm qazından ölən Aynur Qarabağ qazisinin qızıdır - FOTOLAR
Ötən gün Bakı Musiqi Akademiyasının tələbəsi Aynur Əmirxanova dəm qazından boğularaq dünyasını dəyişib.
Adalet.az xəbər verir ki, bu barədə Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov öz sosial şəbəkə hesabında məlumat yayıb.
F.Məmmədov qeyd edib ki, vəfat etmiş tələbənin atası I Qarabağ müharibəsinin qazisidir.:"Beyləqan rayonunun Kəbirli kəndindən olan Qazi qardaşım, Namiq Əmirxanovun 23 yaşlı, Bakı Musiqi Akademiyasının 4 kurs tələbəsi olan qızı, qaz boğulmasından facivi surətdə vəfat edib. Qazi qardaşımıza Allahdan səbr diləyir və bütün döyüşçülər adından başsağlığı veririk"-deyə vurğulayıb.
Son illər müxtəlif səbəblətdən tələbələr dünyasını dəyişir. Avtomobil qəzası, ürək çatışmazlığı, dənizdə batma, elektrik cərəyanının vurması və nəhayət dəm qazından boğularaq vəfat edənlərin sayı daha çoxdur.
Beyləqan rayonunun Kəbirli kəndinə, Qarabağ qazisi Namiq Əmirxanovun qapısına isə dəm qazından boğularaq ölən 23 yaşlı balasının nəşi gəldi...
Amma Namiq Əmirxanov qızını təhsil almaq üçün Bakıya nə böyük arzularını reallaşdırmaq üçün göndərmişdi. Əslində bu hadisələr tələbə yataqxanalarının artırılması və tələbələrin yataqxanalarda yerləşdirilməsi ilə problemlərin həll edilməsinə bir siqnaldır.
Allah Aynurun valideynlərinə səbr versin!
Əntiqə Rəşid
Digər Xəbərlər
07 Yanvar 2026 16:06
Qazaxda yanacaq daşıyan avtomobil partladı - Ölən var - VİDEO-YENİLƏNİB
07 Yanvar 2026 15:00
Cəbrayılda mina partladı - Xəsarət alan var
07 Yanvar 2026 12:21
“Bu, Rusiyanın Azərbaycana qarşı mənfi siyasətinin təzahürüdür...”
06 Yanvar 2026 20:41
Əməkdar müəllim vəfat etdi
06 Yanvar 2026 16:38
Evdəki partlayışda xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO - VİDEO - YENİLƏNİB
06 Yanvar 2026 13:02
Əsgər ölümü faktına görə həkim məsuliyyətə cəlb olundu
06 Yanvar 2026 12:28
Şəhid atası vəfat etdi – FOTO
05 Yanvar 2026 17:54


Bakı -°C

