adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
31 Yanvar 2019 19:07
54923
MƏDƏNİYYƏT

“Dəli Kür” filminin əsl variant üzə çıxacaqmı? - SORĞU

Prezident İlham Əliyevyanvarın 28-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısıİsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyətvə Təhsil nazirliklərinin, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərəalmaqla, Xalq yazıçısının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planınıhazırlayıb həyata keçirəcəklər.

Sərəncamda vurğulanır ki,2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, pedaqoqvə ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyitamam olur. İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqikeyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqınınbədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Üslubunmükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi vəəlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklüməsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayılŞıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvidəyərlərə ehtiramın bariz nümunəsidir.

Bildiyiniz kimi, İsmayılŞıxlının ən məşhur romanı "Dəli Kür” romanıdır. Əsər əsasında çəkilən film isəbir vaxtlar senzuraya məruz qalmışdı. Cahandarağanın öldürülmə kadrına görə senzura işə düşmüşdü. Filmin sonunda Cahandar ağatorpağını mənimsəmək istəyən kazaklarla mübarizə aparır. Kazaklardanbiri sonda Cahandar ağanı arxadan güllə ilə vurur. Bu kadr sovet ideoloqlarınınxoşuna gəlmir. Bildirilir ki, kazaklar, rus əsgərlərinin azərbaycanlılara gülləatması, onların işğalçı kimi təqdim olunması qəbuledilməzdir. Nəticədə kadrlardəyişdirilir, Cahandar ağanı onun mal-dövlətini talayan öz həmyerlisi güllələyir.

Adalet.az İsmayılŞıxlının 100 illiyi və həmçinin bu məsələ ilə bağlı sorğu keçirib.

Yazıçının oğlu,tanınmış jurnalist, publisist Elçin Şıxlı İsmayıl Şıxlının yubileyi ilə bağlıyüksək səviyyədə tədbirlərin keçiriləcəyini bildirib. Vaxtı ilə "Dəli Kür”ün kəsilmişhissəsi ilə bağlı danışan E.Şıxlı bunu diqqətdə saxlayacağını vurğulayıb:


"Təklif edərəm. Yaxşı ki yadıma saldınız”.

"Nə zamansa filminbərpasını təklif etmişdinizmi?” sualına isə Elçin Şıxlı qısa cavab verib: "Xeyr. Etməmişdim”.

Filmin ilkinvariantı isə şəxsi fondda qorunub saxlanılır və sovet dövləti dağıldıqdan sonrakinoşünas Aydın Kazımzadə tərəfindən tapılaraq Dövlət Film Fonduna təqdimolunur. Film bəzən ictimaiyyətə ilkin variantda təqdim olunur. Kinoşünas "DəliKür” barədə bunları söyləyib:




"Dəli Kür” filmindəki kəsilmiş kadrları o vaxt məntapdım. Həmin kadrlar 27 il yatıb qalmışdı. Onu qoruyub saxlayan isə azərbaycanlıdeyil, Pribaltikadan olan bir oğlan olub, hazırda yaşlı kişidir. Adətən azərbaycanlılarsenzuradan keçməyən kadrları yandırıb, məhv edirdilər. Beləliklə, həmin şəxsdənkadrları alıb kinostudiyaya, Film Fonduna verdik. Sonradan ictimaiyyətə təqdimetdik ki, baxın bu ilkin, digəri ikinci variantdır. Televiziyalarda bir çoxhallarda filmin ilkin variantı nümayiş olunur”.

"Azərbaycanfilm” kinostudiyasınındirektoru Müşfiq Hətəmov orijinal variantın üzə çıxarılmasının çox müsbət hadisəolduğunu bildirib:



"Çox gözəl fikirdi. Mən bunu müsbət qarşılayıram. Biz"Azərbaycanfilm” olaraq bunu dəstəkləyirik. O filmin əsl variantı hazır Fonddavar. Operator Vornovski o çəkilişlərin hamısını təqdim edib dövlətə”.