adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Iyul 2016 17:51
145093
RUBRİKA

“Dedilər ki, öz vertolyotumuzu vurmusuz” - DÖYÜŞ TARİXİ

Müharibədə nə qədər ağrılı-acılı tarix yaşasan da,onun xatirələrlə dolu nəticəsi bir gün belə uzun-uzadı danışmağına vəsilə olur.Unutmadıqların və yaxud səni unutmayanlar xatirə filmini yaradır. Qazilərdanışanda elə bil insan film izləyir. Rejissoru özün olursan, operatorgözlərin, içində yaranan savaş romantikası isə çevrilir olur həmin "film”inpremyerası... Elbrus Mustafayevin danışdıqları film yaratdı.

"Döyüş tarixi” rubrikamızın növbəti qonağı Mustafayev Elbrus Zülfüqar oğlu 5 may 1959-cuildə Ağdam rayonu Xıdırlı kəndində anadan olub. Atası Mustafayev Zülfüqar Qayıboğlu 1960-cı illərdə Azərbaycanın məşhur neftçilərindəndir və 1964-68-ciillərdə Azərbaycan Ali Sovetinin deputatı olub. Atası Siyəzən Qazma idarəsindəçalışdığı dövrlərdə uşaqlığı Siyəzən qəsəbəsində keçib. Məktəb illərinin ilk dövrünü Siyəzən şəhər 2nömrəli orta məktəbdə keçirən qazi daha sonra 1968-ci ildə doğma kəndiXıdırlıya qayıdaraq təhsili orada davam etdirib. 8-ci sinfi Xıdırlı kənd ortaməktəbində bitirdikdən sonra Bakıya gələrək orta təhsilimi kimya-biologiyatəmayüllü 5 nömrəli internat məktəbində başa vurub. Əmək fəaliyyətini fəhləliklə başlayan qazidaha sonra sənədlərini indiki Kənd Təsərrüfatı İnstituna verərək oraya qəbulolub. Xıdırlı kəndində aqronom işləyən Elbrus Mustafayev daha sonra1985-1991-ci illərdə Aqrar sənayeişçiləri həmkarlar ittifaqı Ağdam rayon komitəsində əvvəlcə təlimatçı – müfəttiş, sonra isə baş mühasibvəzifəsində işləyib:

"1991-ci ilin iyul ayında Qarabağda müharibəqızışanda kənd camaatımızın ümumi yığıncağında, kəndimizdə yaradılan 50nəfərlik zastavaya kənd sakinlərinin seçimi ilə komandir təyin olundum. 01noyabr 1991-ci ildən Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin yaratdığıAğdam ərazi özünü müdafiə batalyonunun tərkibinə bir dəstə şəklində qəbul olduqvə mən dəstə komandiri təyin olundum. 1992-ci ilin aprel ayında 836-cı alayınnəzdində kəndimizdə rota yaradıldı və mən komandir təyin olundum. 1992-ci ilinnoyabr-dekabr aylarında 836-cı alayın komandir müavini olmuşam. Alaydağıdıldıqdan sonra 1993-cü ilin yanvarından aprel ayına qədər 708-cibriqadanın nəzdində 2-ci batalyonun qərargah rəisinin müavini olmuşam. Qarabağmüharibəsində kəndimizin igidləri ilə bərabər baş serjant rütbəsində, "zastava”komandirliyindən alay komandirinin müavini kimi şərəfli bir döyüş yolukeçmişəm. Qarabağda Ağdamın və Ağdərənin ermənilərlə sərhəd olan, bütünkəndlərinin müdafiəsində iştirak eləmişəm və düşmənə bir qarış torpaq beləverməmişik. Bir türk oğlu kimi son nəfəsimə qədər VƏTƏNİM və XALQIM naminədöyüşüb və ölməyə hazıram. Kaş öləydim, Ağdamın bu gününü görməyəydim. Mənimcənnətim Qarabağ, qibləm Ağdamın Şəhidlər Xiyabanıdır. Ağdamsız yaşadığım illəriömrümdən saymıram. Ağdamın igidləriylə həmişə fəxr eləyirəm, Vətənin dargünündə onlarla çiyin-çiyinə bir səngərdə olduğumdan şərəf duyuram”.

Onununudulmaz qəhrəman silahdaşları olub

Müsahibimiz "döyüş tarixini” ağır keçdiyini deyir:

"8 may 1992-ci il Xıdırlı rotası üçün ağır bir günoldu. ...mayın 7-si axşam Ağdamdakı hərbi hissələrin əksəriyyətininkomandirləri Şahbulaqda, bizim polka yığışmışdılar. Briqada komandiri ElxanOrucov, Şirin Mirzəyev, Faiq Baxşəliyev, Yaqub Rzayev və iki-üç nəfər də nazirlikdəngəlmişdi. Şuşaya yardım məqsədilə aldadıcı manevir planlaşdırılırdı. SabahFərrux yüksəkliyi və Fərrux kəndi alınmalı idi.Fərrux dağının ən çətin sıldırımlı hissəsiylə qalxmaq məhz Xıdırlı rotasınatapşırılmışdı. Mənə tapşırıq veriləndə nədənsə Elxan Orucov Mirzəyevdən soruşduki, "bilir hara gedir?" Mirzəyev cavab verdi ki, "onlar özişlərin yaxşı bilirlər". Sonra bildim ki, ən çətin sahə bizə tapşırılıb.Rəhmətlik Komandirimiz əmin idi ki, onun etimadını doğruldacayıq. Saat 6-dadağın başında pozisiyada olmalı idik. Vaxtında pozisiyanı tutduğumuzu komandirəməlumat vermək istəyəndə sərəncamımda olan 2 ədəd R-58 ratsiyanın ikisinin dəantenasının dibindən kəsilmiş olduğu məlum oldu (bu hələ də mənə bir sirrolaraq qalır). Ratsiyalar işləmədi. Antenaları təmir etməyə çalışdıq. Güc-bəlayla Mirzəyevlə əlaqə yarada bildim. Kimsə başqa birisi onun adından bizimgecikdiyimizi, hamının çoxdan kənddə olduğunu qışqır-bağırla mənə deməsindənbaşa düşdüm ki, danışan komandir deyil. Ancaq vaxt itirmək olmazdı, tanklarımızınsəsi dağın ətəyindən eşidilirdi. Mühasirəyə düşməmək üçün rotanı 3 hissəyəböldüm. Birinci dəstəni sağa, ikinci dəstəni sola göndərdim. Üçüncü dəstəyləözüm mərkəzdə qaldım. Bir az da yaxşı mövqe tutmaq üçün dağın üstündəki taxılsahəsinin ortasında yerləşən ermənilərin səngərinə yerləşdik. Kəndlə aramız250-300 metr olardı. Ara-sıra bizi atəşə tuturdular. Get-gedə də atəşintensivləşirdi. Yarım saata qədər səngərdə qaldıq. Yaqubun dəstəsiylə gəlmişçeçen uşaqları da bizimlə idilər. Əslində onlar bizim solumuznan qalxmalıidilər. Az keçmədi ki, snayper gülləsindən sıravi döyüşçü - RƏHİMOV RASİM NƏBİOĞLU şəhid oldu. Ermənilər kənddə gücləndilər, güllə yağışı gücləndi, ordudanbir xəbər çıxmadı. Bir azda ləngisək, xilas olmaq ehtimalımız olmayacaqdı.Məcbur olduq meyitimizi götürüb geri çəkildik. Allah saxladı, güllənin altındansalamat çıxa bildik. Əməliyyatın pozulduğunu başa düşəndə uşaqlara RASİMİ dəgötürüb aşağı düşməyi tapşırdım. Özümsə dağın başında qalıb uşaqları axtarmağagetdim. Ancaq çox uzağa gedə bilmədim, güllələr imkan vermirdi. Hər tərəfminayla dolu idi. Hərəkət eləməyə seçim az idi. Meşənin aşağılarında uşaqlarınsəsini eşidirdim. Nə qədər çağırsam da onlar məni eşitmədilər. Bir təhər geriqayıdıb qalxdığımız yolla aşağı düşdüm. Dolayı yola çatanda dönüb geri baxdım. Gördümki, iki erməni məni qumbaraatanla nişan alıblar. Aramız 150-200 metr olardı.Ağacın dalına keçdim, ancaq mərmi çox yuxarıdan gedib meşənin içinə düşübpartladı. Xoşbəxtlikdən xəsarət alan olmadı. Mən də yoldaşların arxasıncadağdan endim. Kəndimizin camaatı dağın dibində bizi gözləyirdilər. Şəhidqardaşımız Rasimi kəndə apardılar. Təkcə oturub qalmışdım üçbulağın yanında.Bir də gördüm döyüşçü yoldaşımız İbadov Akif meşədən mənə tərəf ağlaya-ağlayagəlir və deyir: "komandir Eldarı vurdular, Eldar şəhid oldu".HÜMMƏTOV ELDAR ƏHMƏD OĞLU - kiçik leytenant, dəstə komandiri idi. "Vətənuğrunda irəli" deyərək dəstəsini hücuma qaldırmış, ancaq bu dəfə dəsnayper imkan verməmiş, düz ürəyindən vurmuş. Döyüşçülər ELDARIN meyitin çoxçətinliklə güllənin altından çıxarmışlar. Biz tərəfə düşmək imkanı olmayıb deyəCinli kəndinə yendirmişdilər”. RASİM vəELDAR qardaşlarımızı o biri şəhid qardaşlarımızın yanında - AĞDAMIN ŞƏHİDLƏRXİYABANINDA torpağa tapşırdıq. Mayın 9-da ELDARI dəfn eliyəndə camaat xəlvətcəxısın-xısın bir-birinin qulağına pıçıldayırdı ki: "deyəsən ŞUŞAgedib"...

-Elbrusmüəllim, Vaqifin xəbərini necə eşitdiniz? Onu danışmağın məncə, əsl yeridi. Zəhmətolmasa düşmən helikopterinin vurub salınması epizodu barədə xatirələrinizlə dəbölüşərdiz.

İyunun 12-də keçirilən hücum əməliyyatımüvəffəqiyyətlə başa çatdıqdan sonra rəhmətlik komandirimiz Şirin Mirzəyevbizim rotaya Yeni Qaralarda ehtiyatdaqalmağı və Fərrux tərəfə nəzarət eləməyi tapşırmışdı. Səhərisi gün nahareləməyə batalyona getdik və saat 4 radələrində geri qayıtdıq. Biz geri gələndəbizim yanımıza təzə bir tankın və bir qədərdə canlı qüvvə gəldiyini gördük.Təzə tikilmiş binanın arxasında - KŞM-inarxasında - saqqallı bir oğlanın uzandığını və onun yanında əvvəllər görmədiyimbir silahın olduğunu müşayiət elədim. Yaxınlaşıb tanış oldum. Bakıdan olduğunudedi adı, isə Ağayla başladığından hamı məni Ağa deyə çağırır dedi. Soruşdum ki,bu nədir? Dedi bu "İQLADI", uçan obyektləri vurmaq üçündür. Dedim ki,onsuz da bekarçılıqdı, bu silahı işlətməyi bizə də başa sal, bəlkə döyüşdəlazım oldu. Dedi, mənim gözüm üstə. Ağanın yanında bir cavan köməkçisi var idi.Ona dedi ki, sən anlat görüm düz bilirsənmi? Əvvəl o başladı, arxasın Ağa başa saldı.Sonra mən durub pozisiyalara nəzarət eləməyə başladım. Hərlənib gəlib qonşubinanın arxasında hücum vaxtı minaya düşmüş bir tankımızın yanında təmirçilərəkömək eləyirdim. 

Katoku dəyişmişdilər,köməkli sepi çəkirdik. Təzəcə işi qurtarmışdıq ki, qəfildən iki helikopter peydaolub bizim Kiçandakı pozisiyalarımızı vura-vura dağdan Xaçın çayına tərəfdüşürdülər. Yolla Sırxavəndən bizə tərəf gələn maşınlarımıza divan tutdular.Çaya çatanda ermənilər meşədən trasiruşiy güllələrdən piramida şəkilində atəşaçdılar. Sən demə, bizim Vəng körpüsünə nəzarət eliyən kəşfiyyat dəstəmizimühasirəyə alıb işarə verirlərmiş ki, helikopter onları qırsın. Hamı bir an donubqalmışdı, qəfildən Ağa yadıma düşdü. Qışqırdım Ağa, Ağa, hay vermədi. O,yerində deyildi. Bir də gördüm ki, köməkçi əlində iqla mənə tərəf qaçır. O mənəçatmamış Ağa ona çatıb iqlanı əlindən aldı və qaça-qaça hazırlıq işlərin gördü.Mənim yanıma çatanda əmr elədim ki, helikopteri vursun. Helikopter yerində fırlanırdıki, bizim kəşfiyyatçılara hücum eləsin. Ağa ona imkan vermədi, raketiburaxmaqla vurmağı bir oldu, o birisi aradan çıxdı. Bayaqdan kinoya baxan tamaşaçılarkimi sakitcə döyüşü seyr eliyən döyüşçülərimiz bir atəşfəşanlıq elədilər ki,gəl görəsən. Mirzəyevlə əlaqə yarada bilmədikdə briqadaya raport verməyi qəraraaldım. Ratsiya ilə briqadanı yığıb erməni helikopterini vurduğumuzu "doklad” elədim...keşkə eləmiyəydim. Ağızlarından gələni mənə dedilər. Dedilər ki, öz vertolyotumuzuvurmusuz. Qulaqlarım batdı, əlim-ayağım əsməyə başladı. Ağa mənnən də pis günədüşdü. Hamının kefinə soğan doğrandı, səs-küy kəsildi. Əsgərlərin baxışındannələr oxuduğumu onu bir Allah bilir, yazmağa söz tapmıram. İkimiz də yarı ölüvəziyyətində binanın arxasında barıya sıxılıb qalmışdıq. Bu ara helikopterinmaşınların üstündə gələn yaraladığı əsgərlərimizi gətirdilər. Birdən alayınqərargah rəisi Sabir Abbasov Mirzəyevin maşınında gəldi. Maşından düşəndə ayaqüstə güclə dururdu, dili ağzından bir qarış çölə çıxmışdı, təmiz özünüitirmişdi. Ay Allah sizə kömək olsun, sizə kim dedi axı vertolyotu vurduz,evimizi yıxdız. Briqadadan zəng vurub mənnən izahat istəyirlər... Ayağa qalxıbgəldim Sabirin yanına, dedim ki, bu yaralıları görmürsən, bizimkiydisə niyəbizimkiləri qırırdı? Mirzəyevin maşının minamyot yaraladığından Sabirlə maşınıdəyişmişlərmiş. Həmişə birinci zəngə cavab verən komandirin niyə zənglərə cavabvermədiyini indi anladım. Şoferdən xahiş elədim ki, çalışıb komandirlə mənicalaşdırsın. Az keçmədi Mirzəyev cavab verdi. "Doklad” elədim ki, komandir, bizim pozisiyaları vuranvertolyotu vurdurdum. Briqadadan deyirlər ki, özümüzünküdür, bu necə ola bilər?Bilirsiz bura nə qədər yaralı gəlib. Rəhmətlik dedi ki, qələt eləyirlər, yalandeyirlər. Bizimki olsaydı ən azından mənə məlumat verməli idilər. Düz eləmisən,yoxsa bizi məhv eləmişdi. Bu sözlərdən sonra bir az ürəkləndim, təzədənbriqadanı yığdım. Dedim ki, bəs Mirzəyevlə danışdım, dedi ki, bizim vertolyotolsaydı mən bilərdim.

-Bəs bizimtəyyarəni vurduğunuzu hansı əsasla deyirdilər sizə?

- Daha sonra zəng edəndə dedilər ki, Vaqifin təyyarəsi Əsgəranda vurulmuşdu. Eləbildik siz vurmusuz. Orda bizim vertolyotumuz-filan olmayıb. Bu xəbəri eşidəndəsevinmək əvəzinə qəhər məni boğdu. Adını eşitmişdik, üzünü görməsək də hamı onuçox istəyirdi. Hər dəfə Vaqif başımızın üstündən uçub düşmənə hücum eliyəndə onabaxıb fəxr eləyirdik. Hamı ürəyində Allaha dua eləyirdi ki, Vaqifə bir şeyolmasın. Təəssüf Qarabağın ilk şahini həmin gün əbədiyyətə qovuşaraq ŞƏHİDoldu.

-Allah rəhməteləsin.

- Helikopter vurulanda kəşfiyyatçılarımızımühasirəyə alan dığaların arasına vəlvələ düşür, rəhmətlik İdris dayınınbacarığı sayəsində 44 nəfərdən ibarət rəhmətlik Yavərin başçılıq elədiyikəşfiyyat dəstəmiz sağ-salamat mühasirədən çıxa bilirlər. Az sonra gəlib bizimyanımıza çıxdılar. Yavərin uşaqlarında o İQLADAN iki dənə gördüm. Soruşdum ki,nə yaxşı özünüz vurmadınız. Rəhmətlik Yavər dedi ki, mən bunlara vurun əmriverəndə dedilər ki, komandir biz bunu ata bilmirik. O uşaqlar Elxan Orucovunbriqadasından Yavərə verilmişdilər. Erməni vertolyotunu vurduğumuza görə Ağanıbilmirəm, şəxsən mənim mükafatım az sonra qospitalda ürəyimin kardioqramasınçıxardanda bəlli olan keçirdiyim infarkt miakard oldu. İndi hər şey yolundadırancaq mən və silahdaşların həmin Ağanı axtarırıq...

Rüfət Soltan