DÇ-2022: İsveçrə millisi 1/8 finalda, Serbiya mundialla vidalaşıb- YENİLƏNİB
İsveçrə millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.
Adalet.az-ın məlumatına görə, G qrupunun III turunda Serbiya yığmasına 3:2 hesabı ilə qalib gələn kollektiv 2-ci yerin sahibi kimi pley-offa adlayıb.
İlk qolu 20-ci dəqiqədə İsveçrə seçməsindən Cerdan Şakiri vurub. 6 dəqiqə sonra Aleksandar Mitroviç tarazlığı bərpa edib. 35-ci dəqiqədə Duşan Vlahoviç serbiyalıları önə keçirib. 44-cü dəqiqədə Brel Embolo hesabı yenidən bərabərləşdirib. Son nöqtəni isə 48-ci dəqiqədə Remo Froyler qoyub.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran İsveçrə millisini 1/8 finalda Portuqaliyaya rəqib olub. 1 xalı olan Serbiya isə qrupunu sonuncu pillədə tamamlayıb.
***
Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda 5-ci qol vurulub.
Adalet.az-ın məlumatına görə, 48-ci dəqiqədə Remo Froyler isveçrəliləri hesabda önə keçirib - 3:2.
***
Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda 2-ci hissə başlayıb.
Adalet.az-ın məlumatına görə, ilk yarıdan sonra hesab bərabərdir - 2:2.
***
Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda ilk hissə başa çatıb.
Adalet.az-ın məlumatına görə, komandalar fasiləyə məhsuldar heç-heçə ilə yollanıblar - 2:2.
***
Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda hesab bərabərləşib.
Adalet.az-ın məlumatına görə, 44-cü dəqiqədə isveçrəlilərdən Brel Embolo tarazlığı bərpa edib.
***
Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda 3-cü qol vurulub.
Adalet.az-ın məlumatına görə, Duşan Vlahoviç 35-ci dəqiqədə serbiyalıları hesabda önə keçirib.
***
Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda 2-ci qol vurulub.
Adalet.az-ın məlumatına görə, 26-cı dəqiqədə fərqlənən Aleksandar Mitroviç görüşdə tarazlığı bərpa edib.
***
Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyununda hesab açılıb.
Adalet.az-ın məlumatına görə, 20-ci dəqiqədə Cerdan Şakiri isveçrəliləri hesabda önə keçirib.
***
Qətərdə keçirilən dünya çempionatında Serbiya və İsveçrə yığmaları arasında G qrupunun III tur oyunu start götürüb.
Adalet.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
***
Qətərdə keçirilən dünya çempionatının G qrupunun III turunda üz-üzə gələcək Serbiya və İsveçrə yığmalarının start heyətləri açıqlanıb.
Adalet.az-ın məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:
Serbiya: Vanya Milinkoviç-Saviç, Strahinya Pavloviç, Miloş Velikoviç, Nikola Milenkoviç, Filip Kostiç, Saşa Lukiç, Andriya Jivkoviç, Sergey Milinkoviç-Saviç, Aleksandr Mitroviç, Duşan Tadiç, Duşan Vlahoviç
İsveçrə: Qreqor Kobel, Silvan Vidmer, Manuel Akanci, Fabian Şer, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Cerdan Şakiri, Cibril So, Bril Embolo, Ruben Varqas
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Digər Xəbərlər
31 Mart 2026 20:46
“Tottenhem”in yeni baş məşqçisinin adı açıqlandı
31 Mart 2026 18:43
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
31 Mart 2026 18:06
“Fənərbağça”nın prezidenti qəzaya düşdü
31 Mart 2026 12:22
"İranın Dünya Kubokunda iştirakı üçün çalışırıq" - FİFA prezidenti
31 Mart 2026 10:45
Türkiyə millisi bu gün dünya çempionatına vəsiqə qazana bilər
31 Mart 2026 10:17
Azərbaycanın U-21 millisi Bolqarıstanla qarşılaşacaq
30 Mart 2026 13:21
Azərbaycan - Syerra Leone matçını idarə edəcək hakimlər açıqlandı
30 Mart 2026 10:15


Bakı -°C

