adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
26 Noyabr 2022 19:10
176
İDMAN

DÇ-2022: Polşa millisi Səudiyyə Ərəbistanını məğlub edib - YENİLƏNİR

Futbol üzrə Polşa milli komandası Qətərdə keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.

Adalet.az-ın məlumatına görə, Çeslav Mixneviçin baş məşqçi olduğu kollektiv C qrupunun II turunda Səudiyyə Ərəbistanı yığmasını 2:0 hesabı ilə məğlub edib.

Görüşdə ilk qolu 39-cu dəqiqədə Pyotr Zelinski vurub. Son nöqtəni isə 82-ci dəqiqədə kapitan Robert Levandovski qoyub. Bu, 34 yaşlı hücumçunun mundiallar tarixində ilk qolu olub.

Bu qələbədən sonra xallarını 4-ə çatdıran Polşa millisi hələlik liderliyə yüksəlib. 3 xalı olan Səudiyyə Ərəbistanı yığması 2-ci pillədə qərarlaşıb. Meksika 1 xalla 3-cü, xalı olmayan Argentina isə sonuncudur. C qrupunda II turun digər oyunu bu gün Argentina və Meksika komandaları arasında olacaq.

***1

Qətərdə keçirilən dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyununda hesab dəyişib.

Adalet.az-ın məlumatına görə, Avropa təmsilçisinin kapitanı Robert Levandovski 82-ci dəqiqədə 2-ci qolu qolu rəqibin qapısından keçirib.

***

Qətərdə keçirilən dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyununda ikinci hissə başlayıb.

Adalet.az-ın məlumatına görə, hələlik Avropa təmsilçisi hesabda öndədir - 1:0.

***

Qətərdə keçirilən dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyununda ilk hissə başa çatıb.

Adalet.az-ın məlumatına görə, Avropa təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 39-cu dəqiqədə Pyotr Zelinski vurub.

***

Qətərdə keçirilən dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyununda hesab açılıb.

Adalet.az-ın məlumatına görə, 39-cu dəqiqədə Pyotr Zelinski Avropa təmsilçisini hesabda önə keçirib.

***

Qətərdə keçirilən dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyunu başlayıb.

Adalet.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının C qrupunun II turunda üz-üzə gələcək Polşa və Səudiyyə Ərəbistanı yığmalarının start heyətləri açıqlanıb.

Adalet.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:

Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kristian Belik, Metti Keş, Pşemıslav Frankovski, Kamil Qlik, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Arkadiuş Milik, Pyotr Zelinski

Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Ovais (q), Saud Abdulhamid, Abdulela Əl-Əmri, Məhəmməd Əl-Burayk, Əli Al Boleahi, Firas Əl-Buraykan, Salem Əl-Dosari, Abdulela Əl-Malki, Sami Əl-Naci, Saleh Əl-Şəhri, Məhəmməd Kanno

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.