adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Noyabr 2022 23:29
275
İDMAN

DÇ-2022: Mundiallar tarixində ilk dəfə bir matça qadın baş hakim təyin olunub

Qətərdə keçirilən dünya çempionatında bir ilk yaşanacaq.

Adalet.az-ın məlumatına görə, FIFA E qrupunun III turunun Almaniya – Kosta Rika matçına mudiallar tarixində ilk dəfə qadın baş hakim təyin edib.

Fransalı Stefani Freppart sözügedən oyunda əsas idarəedici olacaq.

Ona həmcinsləri – braziliyalı Neuza Bek və meksikalı Karen Diaz Medina laynsmanlar qismində yardımçı olacaqlar.

Matçın dördüncü hakimi honduraslı Said Martinez təyin edilib.

Qeyd edək ki, Almaniya – Kosta Rika oyunu dekabrın 1-də, saat 23:00-da başlayacaq.