DÇ-2022:İngiltərə - ABŞ matçında qol olmadı - YENİLƏNİB
Qətərdə keçirilən dünya çempionatında İngiltərə və ABŞ yığmaları arasında B qrupunun II tur oyununda qalib müəyyənləşməyib.
Adalet.az xəbər verir ki, komandaların qol vurmaq üçün bir neçə imkanı olsa da, qarşılaşmada hesab açılmayıb.
Beləliklə, ilk 2 turdan sonra britaniyalılar 4 xalla qrupa başçılıq edir. 3 xalı olan İran yığması ikincidir. ABŞ 2 xalla 3-cü, Uels isə 1 xalla sonuncudur.
Qeyd edək ki, B qrupunda son turun görüşləri noyabrın 29-da olacaq. İngiltərə Uelslə, ABŞ isə İranla üz-üzə gələcək.
***
Qətərdə keçirilən dünya çempionatında İngiltərə və ABŞ yığmaları arasında B qrupunun II tur oyununda 2-ci hissə başlayıb.
Adalet.az-ın məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb.
***
Qətərdə keçirilən dünya çempionatında İngiltərə və ABŞ yığmaları arasında B qrupunun II tur oyununda ilk hissə başa çatıb.
Adalet.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
***
Qətərdə keçirilən dünya çempionatında İngiltərə və ABŞ yığmaları arasında B qrupunun II tur oyunu başlayıb.
Adalet.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
***
Qətərdə keçirilən dünya çempionatının B qrupunun II turunda üz-üzə gələcək İngiltərə və ABŞ yığmalarının start heyətləri bəlli olub.
Adalet.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
İngiltərə: Cordan Pikford (k), Kiran Tripyer, Con Stounz, Harri Maquayr, Lyuk Şou, Deklan Rays, Cud Bellingem, Bukayo Saka, Meyson Maunt, Rahim Sterlinq, Harri Keyn (k)
ABŞ: Mett Terner, Serjinyo Dest, Uoker Tsimmerman, Tayler Adams (k), Entoni Robinson, Yunus Musa, Ueston Makkenni, Kristian Pulişiç, Tim Rim, Timoti Vea, Haci Rayt
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Digər Xəbərlər
01 Yanvar 2026 20:00
Mahirin vurduğu qol ən yaxşılar sırasında - VİDEO
31 Dekabr 2025 09:21
Ronaldodan son 16 ildə bir ilk
31 Dekabr 2025 09:10
Məşhur futbolçu karyerasını yekunlaşdırdı
30 Dekabr 2025 11:44
Millimizin sabiq futbolçusu komandasının uduzacağına mərc edibmiş
29 Dekabr 2025 12:47
Azərbaycan çempionatında 16 böyükhesablı nəticə qeydə alınıb
29 Dekabr 2025 11:12
Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirildi
27 Dekabr 2025 14:32
“Ayntraxt Frankfurt”un prezidenti azarkeşlərin davranışını sərt tənqid etdi
27 Dekabr 2025 13:17


Bakı -°C

