Dayanıqlı sülhün təmin olunması istiqamətində mühüm irəliləyiş əldə olunub
Mühüm əhəmiyyətə malik Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində mühüm irəliləyiş əldə olunub.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısında çıxış edərkən deyib.
O, Türk dünyasının artıq regional balansları formalaşdıran əsas aktora çevrilməsinin vacibliyini vurğulayaraq bildirib ki, TDT-nin ən böyük gücü üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın getdikcə dərinləşməsindədir.
H. Fidan qeyd edib ki, regional və qlobal çağırışlar qarşısında Türk dünyasının daha sıx bir araya gələrək harada mövqe tutmalı olduqlarını və birgə hansı addımların atılacağını vaxtında müzakirə etmələri vacibdir. O, TDT-nin 12-ci Zirvəsinin əsas mövzusunun "regional sülh və təhlükəsizlik" olduğunu xatırladaraq bunun ortaq coğrafiyanın gələcəyi baxımından ən əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb.
Nazir bildirib ki, davamlı sülh və uzunmüddətli sabitlik yalnız təşkilat üzvləri arasında fasiləsiz koordinasiya və tərəfdaşlığın gücləndirilməsi ilə mümkün ola bilər. Fidan əlavə edib ki, bu hədəfə çatmağın yolu geosiyasi məsələlərdə koordinasiyalı hərəkət etməkdən, beynəlxalq platformalarda əməkdaşlığı möhkəmləndirməkdən və kritik məsələlərdə dünyaya vahid səslə çıxış etməkdən keçir.
Türkiyə XİN başçısı Şimali Kipr Türk Cümhuriyyətinin 2022-ci ildə TDT-yə müşahidəçi üzv kimi qoşulmasının Türk dünyasının birliyini gücləndirdiyini vurğulayaraq Türk dünyasının ayrılmaz hissəsi olan Kipr türklərinin üzləşdiyi ədalətsiz izoliyasiyaların aradan qaldırılması və onların hüquqlarının tanınmasının ortaq məsuliyyət olduğunu qeyd edib.
O, mühüm əhəmiyyətə malik Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində də mühüm irəliləyiş əldə olunduğunu bildirib. Fidan Azərbaycan və Ermənistanın avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda imzaladıqları Birgə Bəyanatı məmnunluqla qarşıladıqlarını bir daha bəyan edib.
Nazir əlavə edib ki, əldə olunan bu pozitiv dinamika regionda yeni nəqliyyat və rabitə xətlərinin açılmasına, həmçinin tarixi İpək Yolu marşrutunun dirçəldilməsi səylərinə töhfə verəcək.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

