adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Aprel 2019 15:10
13411
ƏDƏBİYYAT

“Dayan, bu an necəsənsə...”

Bir vəfalıyarın düz ağrısına,

Gülarə, tab gətir,döz ağrısına,

Öyrətmə qəlbinisöz ağrısına,

Mənasız illərlətalanma, könül –

deyə öz kövrək,həzin düşüncələrini şeirə-sözə köçürən tanınmış saz-söz adamı Gülarə Azaflı istəsədə, istəməsə də öz zərif taleyini, sənətkar ömrünü söz ağrısının köynəyindənkeçirib, söz ağrısı çəkdiyi məqamların xoşbəxti olub. Öz dəyərli ömrünü heç vəchləbir qədirbilməzin, dərdə yanmazın yandırıb odunda kül eləməyib. Ayrı cür də olabilməzdi. O, Azərbaycan aşıq sənətinin, söz mülkünün sonuncu mogikanlarındanbiri olan ustad Azaflı Mikayılın ocağında dünyaya göz açıb. Saz havacatları,söz əsintiləri üstündə qundaqlanıb. Ruhunda, düşüncəsində, sənətkarbarmaqlarında, şirin avazında Azaflı Mikayıl əmanəti yaşadıb. O MikayılAzaflının ki, hələ Sovetlər dönəminin qılıncının dalı da, qabağı da kəsənçağlarında belə ərlik-ərənlilik meydanını boş qoymur, xalqının, millətininparam-parça taleyinə ağrılı elegiyalar yazırdı:

QocaAzaflıyam, dilim var, lalam,

Təbrizdəqardaşım, Sibirdə balam.

Elə bir dərdvarmı çəkməmiş olam,

Bax, bunlarağartdı başımı mənim.

Məhz belə birsənətkar ata xeyir-duası aldığındandı ki, Gülarə Azaflı "Bir dağam, qoynumdatufanlar yatır” bəyanı edəndə də,

Mənə arif gərək,duyarçmı naşı?

Əymərəmdünyada heç kəsə başı –

yazanda daoxucu ona tam səmimiyyətlə inanır. Onun sənətkar qəlbinin, könüldaşlığınınsehrinə düşür. İnanırsan ki, qətiyyəli, vüqarlı sənətkarın pak duyğularınınifadəçisi olan bu misraları yalnız Mikayıl Azaflı ruhundan gələn bir könüladamı belə ustalıqla şeirə-sözə gətirə bilər:

Nə çoximtahana çəkirsən məni,

Mən mənəm,başqa bir mən olammaram.

Özünlə birölçüb-biçirsən məni,

Sən sənsən, məndönüb sən olammaram.

Ömrün-gününsınaq məqamlarında özünə-sözünə sadiq qala bilmək istedadı ilk növbədə bitkinbir kamillikdən gəlir. Bu kamilliyə sahib olmaq üçün gərək insan öz kökü üstündəbitməyin xoşbəxti olsun. Xatırlayanda ki, hələ ötən əsrin ortalarında böyük elsənətkarı Aşıq Şəmşir ustad Mikayıl Azaflını "dürr kəlamlı”, "çox dərin ümman”deyə vəsf edib, o zaman belə bir şəxsiyyətin ocağında dünyaya göz açan Gülarəxanımın özünəməxsus kamilliyini təbii hesab edirsən. Onun ustad atası barəsindəAşıq Şəmşir belə yazırdı:

Xanəmizə dürrkəlamlı,

Bir kamilinsan gəlib.

Sanki ruhum təzələnib,

Cəsədimə cangəlib.

...Cavanlığıntəlatümü,

Yadıma düşüryenə.

Mənə ürəkvermək üçün,

Azaflı loğmangəlib.

Bütün səmimiyyətiilə qeyd etmək istəyirəm ki, Gülarə xanım da öz yaşamı, fəaliyyəti, insanlarlaünsiyyəti zamanı müdrik atasının yoluyla gedib. Bir qayda olaraq həmişə sinəsində,ilhamının təməlində saz-söz təlatümü, çılğınlığı, tufanı cövlan etsə də, adi həyatdao, son dərəcə sakit, ümman durumlu olub. Bütün məqamlarda öz ağayana durumunuqoruya bilib. Hər cür sıxıntıları qara gözlərinin dərinliyində, iç dünyasında dəfetməyi bacarıb. Bu yöndə təmkininə çatası təmkin, dözümünə yetəsi dözümolmayıb. Sözüylə qalalar ucaldıb-quran, hər cür namərdliyin üstünə qalib sözüyləgetməyi bacaran, Abbas Zərgərin yazdığı kimi, cəmi aşıqlara səcdəgah olan,haqdan gəlmiş nura bənzəyən atasından əxz etdiyi bu dəyərləri Gülarə xanımbütün incəliklərinə qədər mənimsəyib, ona sahib çıxıb, sadiq olub və yeri gəldikcəözü də ustadlar ustadı atasının böyük haqqını, sənətkar bəxtinin əbədiyaşarlığınıdönə-dönə vəsf edib:

Nə tarixunudur, nə bəşəriyyət,

Unutnmaz bualəm, bu ellər səni.

Şerinlə eləbir xaniman qurdun,

Unutmaz gələcəknəsillər səni.