adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Aprel 2019 14:06
20054
GÜNDƏM

DAY DENƏN VERMİRƏM DƏ!

Uzaqkeçmişdə belə bir anekdot vardı. Elçibəy, Rəsul Quliyev, İlyas İsmayılov, PənahHüseyn təyyarədə uçurlar. Birdən təyyarə xarab olur, pilot gəlir ki, təyyarə partlayacaq cəmi üçcə paraşüt var, özünüz bölüşün. Qərara gəlirlərki, prezident bölsün. Elçibəy bildirir ki,hərənizə bir sual verəcəm, kim tapsa paraşütü ona verəcəm.

Birinci İlyas İsmayılova hüquqdan çox çətin bir sual verir. İlyas müəllim dərhal cavabını deyir.

SonraRəsul Quliyevə neftlə, kimyayla bağlı çoxçətin bir sual verir. Rəsul Quliyev də dərhalcavablandırır.

Baxır Pənah bəyəvə istəyir ki, paraşütü ona versin. Deyir:

-Bəy, Gürcüstanın paytaxtı haradı?

PənahHüseyn:

-Day denən vermirəm də.

İndiqardaş Türkiyədə bələdiyyə seçkilərində İstanbulBöyükşəhər bələdiyyə başqanı seçilən Əkrəm İmamoğlunun vəsiqəsini vermirlər. On beş gündü yenidən səslərisayırlar. Sayırlar, sayırlar, bitirirlər, görürlər yenə Əkrəm bəy qalibdi,deyirlər, yox, qayıdaq başdan sayaq. Yenə də sayırlar, sayırlar, yenə görürlər xeyiriyoxdu.

Bugündən yenidən seymağa başlayıblar . Hesablamayagörə, iyirmi beş günə sayım gedəcək.

İstanbulcamaatı da qalıb ortada başqansız.

Ayqardaşlar, birdəfəlik deyin vermirik, o dagetsin özünə bir iş tapsın dana.