22 Yanvar 2021 09:46
12624
MƏMLƏKƏT

Daxili Qoşunların 33 yaşlı şəhid çavuşu - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Süleymanov Rauf Allahverdi oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

DİN-dən Adalet.az -a verilən məlumata görə, R.Süleymanov 1987-ci ildə Neftçala rayonunun Abasallı kəndində doğulub.

O, oktyabrın 5-də Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.