14 May 2025 15:45
114
HADİSƏ

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib - YENİLƏNİB

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Adalet.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.

    Qeyd olunub ki, 1986, 1990 və 2017-ci il təvəllüdlü şəxslərə dəm qazının toksik təsiri diaqnozu təyin edilib və onların hər birinə zəruri tibbi yardım göstərilib.

    Vəziyyətləri kafi qiymətləndirildiyindən onların hər biri ambulator müalicə üçün evə buraxılıb.

    ***

    08:19

    Daşkəsən rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

    Adalet.az apa-ya istinadən xəbər verir ki, zəhərlənənlər 1986-cı il təvəllüdlü Elvin Əliyev, onun həyat yoldaşı 1990-cı il təvəllüdlü Aygün Əliyeva və onların 2017-ci il təvəllüdlü azyaşlı övladı Fərid Əliyevdir.

    Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlər ailə üzvlərinə ilkin tibbi yardım göstəriblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

    İlkin ehtimallara görə, ailə yaşadıqları evin vanna otağında dəm qazına məruz qalıb.

    Faktla bağlı araşdırma aparılır.