adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Aprel 2019 13:32
15119
SİYASƏT

DAŞKƏNDDƏ VƏ BMT TŞ-dakı «SXODKALAR»

Xəbərləri izləyirəm…Daşkənddə «qanuni oğruların» «sxodkası» keçirilib.Keçmiş possovet ölkələrinin ən sayılan kriminalavtoritetləri nəzarət zonasının bölüşdürülməsiüçün Özbəkistanın paytaxtına yığışıblar.«Bratva» «obşakın» təşkili və bölünməsiməsələlərini kriminal aləmin ən nüfuzlu nümayəndələriilə müzakirə ediblər və s.

Sonra isə növbətixəbərdə dünyanın aparıcı dövlətləri BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ, Rusiya, Çin və digər dövlətlərin «avtoritetlərinin» Venesuelanın enerjiresurslarının bölüşdürülməsi ilə bağlı «sxodkası» barədə məlumat verilir.

ABŞ-ın vitse-prezidentiMaykl Pens Venesuela prezidenti Nikolas Maduronu «neprav» çıxararaq onun BMT-dəkidaimi nümayəndəsi Samuelo Monkadeyə iclası tərk etməsini əmr edib: «Cənab səfir, siz buradaiştirak edə bilməzsiz. Gedin prezidentinizədeyin ki, onun vaxtı artıq başa çatıb».Pens daha sonra əlavə edib ki, «bu yığıncaqda yeni «taclandırılmış» Xuan Quaydonunnümayəndəsi iştirak etməlidi».


Pensdən sonra çıxışedən Rusiya Federasiyanın BMT-dəki daimi nümayəndəsiVasili Nebenzya çıxış üçün ona verilən vaxtımüəyyənləşdirən qum saatını çevirən TŞ-nın sədri Kristofer Xoyqsenə tərəf çevrilərək heç də aşağı ranqlı birisi olmadığınınümayiş etdirib: «Siz o qum saatını istədiyinizqədər çevirə bilərsiniz, mən nə qədəristəsəm o qədər danışacağam»- deyərək Rusiyanın nüfuzunun heç də ABŞ-dan geri qalmadığını göstərib. «Venesuelanın daimi nümayəndəsini qanuni hökumət təyin edib və BMT-nin Baş Assambleyası onu təsdiq edib»- deyərək əsl «tacın» sahibinin hələ də Nikolas Maduro olduğunu bildirərək Xuan Quaydonunqaydalara zidd olaraq «taclandırılmasını»«priznavat» etmədiklərini bəyan edib.

Peru və Fransa nümayəndələriABŞ-ın mövqeyini dəstəkləyərək Venesueladabaş verən hadisələrdə Maduro rejimini günahlandırıblar.Avropa dövlətləri də ABŞ-ın yanında olduqlarınıbildiriblər.

Belarusiya, Boliviya,İran, Çin, Kuba, Nikaraqua, Salvador, Suriya, Türkiyə, Meksika, İndoneziya isə Rusiyanıdəstəkləyərək Xuan Quaydonun prezident statusunu«priznavat» etməyiblər.

«Qanuni oğruların»Daşkənd «sxodkasında» müəyyən razılaşmalarəldə olunsa da, BMT TŞ-nın iclasında Venesuelanınenerji resurslarına kimin nəzarət edəcəyi məsələsiyenə də açıq qalıb. TŞ-nın daimi üzvləri Rusiya və Çin ABŞ-ın bu ölkəyə təkbaşına nəzarət etməkistəyinə «veto» qoyublar.

Rüstəm HACIYEV