adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Aprel 2019 14:58
31622
ŞOU-BİZNES

"Damlanın izləyici sayı milyon, Flora Kərimovanınkı isə əlli mindir" - MÜSAHİBƏ

Tanınmış müğənni Aslan Hüseynov "Ədalət" qəzetinin suallarınıcavablandırıb.

- Aslan bəy, bildiyiməgörə yaxın günlərdə səfərdən qayıtmısınız...


- Konsertlə bağlı səfər deyil, Qazaxıstana toya getmişdim. Ordanda Qırğızıstana-Bişkekə getdim. Çünki neçə il orada yaşamışam, dostlarımıgörməyə getmişdim.

-Adətən həmkarlarınız bütün xarici səfərlərini konsertlə bağlayırlar. Siz nəəcəb belə demədiniz?

- Hə,elə şeylər olur. Onu konsert verməyənlər deyir.

- Yerigəlmişkən, Azərbaycanda solo konsertiniz olub?

-Azərbaycana yeni gələndə Qubada, Gəncədə, Şəkidə solo konsertlərim olub. Ammasonra həvəsdən düşdüm.

- Artıq15 il keçir...

- Kiməlazımdır ki, konsert?

- Bəlkədüşünürsünüz ki, biletlər satılmaz?

-Bizdəki konsertlərin əksəriyyətinin necə keçirildiyini bilirəm. Hətta bir dəfəböyük sənətkarımızın konsertində oturmuşdum. Tamaşaçılardan narazı sözləreşitdim. Deyirdilər ki, ilin günün bu vaxtı maaşımın filan qədərini konsertəgörə tutublar. Mənə də elə konsert vermək lazım deyil. Bunları məndən yaxşıbilirsiniz. Özümə sponsor axtarıb yalvarmaq istəmirəm. Müğənni kimi yox,tamaşaçı kimi bir fikrimi deyim. Bu gün bütün müğənnilərimizi toyda görmək olurvə mən də daxil olmaqla hamımız adiləşirik.

-İcazənizlə bir məqamda sizə opponentlik edim. Bu yaxınlarda Sibel CanınBakıdakı konsertində oldum. Məndə belə təəssürat yarandı ki, bizim sənətçilərintamaşaçıyla ünsiyyət, səmimiyyət problemi var. Məsələn, həmin konsertdə həttayaşlı qadının əlini öpdü. Digər tərəfdən səbəb toydursa, Murat Bozdan SibelCana qədər bütün türkiyəli sənətçilər Bakıya da toya gəlirlər.

- MuratBoz və Sibel Can buradakı toylarda bizim qədər olmur. Amma bizi marketdə də,meyvə alanda da görürlər. Bu şeylər müğənnini adiləşdirir.

- Ammabu gün konsert salonlarını dolduran Damla, Talıb Tale, Üzeyir Mehdizadə kimisənətçilər həm də toy müğənniləridir. Sizə elə gəlmirmi ki, bu, həm də zövqməsələsidir?

- Təbiiki, zövq məsələsidir. Adını çəkdiyiniz ifaçıların, məsələn, Damlanın sosialşəbəkədəki izləyicilərinin sayı milyonu ötür. Amma Flora Kərimovanın izləyicisayı altmış min nəfərdir.

- AlimQasımovun da izləyici sayı əlli min olmalıdır...

- Bu,sənət göstəricisi deyil.

- Sizinizləyiciniz nə qədərdi?

- Mənimizləyicim 15 min nəfərdir.

- Hansımüddətə 15 min?

-İlyarım.

- Ammadeyəsən bəzi sənətçilər izləyici sayını müxtəlif vasitələrlə artırırlar.

- Mənədə təklif edilib, amma razılaşmamışam.

- Günərzində sosial şəbəkəyə nə qədər vaxt ayıtırsınız?

- Gündətəxminən iki saat vaxtım sosial şəbəkələrə gedir. Bekarçılıqdandır da (gülür).

- Neçənəfəri izləyirsiniz?

-Altmışa yaxın insanı izləyirəm. Aralarında sənət yoldaşlarım da var, ailədostlarım da.

- Beləfikirlər var ki, Azərbaycanda ailə institunun zədələyən səbəblərdən biri dəsosial şəbəkələrdir. Aktiv sosial şəbəkə istifadəçisi kimi siz necə düşünürsüz?

- Bütünpis şeylər sosial şəbəkədən başladı. Əvvəl senzura var idi, indi sosialşəbəkədə hər şey paylaşılır, hər kəs görür.

- Deyirlərki, sosial şəbəkədə qadın müğənnilərin baldırları oxuduqlarından daha çox laykqazanır...

- Kimnecə geyindiyini özü bilər, qarışmaq istəmirəm.

- SizAzərbaycana yeni gələndə Rəqsanə ilə duet oxudunuz və uğurlu alındı. Niyə ondansonra heç kimlə duet oxumadınız?

- Duettəklifi Rəqsanədən gəlmişdi. Çünki o özbək mahnılarını çox sevir, Özbəkistanınxalq artisti Azadə Musayevanın illər boyu fanatı olub, bir neçə mahnılarını ifaedib. Elə indi də Rəqsanə ilə münasibətlərimiz yaxşıdır. "Qaragözboy" mahnısını Rəqsanə seçdi və ondan sonra məclislərimizin də sayı artdı.

- Nəəcəb Orta Asiyanın məşhur sənətçilərindən kimləsə duet oxumursunuz?

-Özbəkistana gedəndə Özbəkistanın xalq artisti Nəsibə Abdullayevanın evindəqonaq oldum, qərara gəldik ki, duet oxuyaq. Hər zaman məni çox qonaqpərvərlikləqarşılayır. Hətta studiyaya gedib mahnını da oxumuşduq, sonrada heç birimizüstünə düşmədik.

-Vəzifəli şəxslərin sözlərinə, yaxud musiqisinə mahnı oxumaq dəb halını alıb.Bir çox hallarda isə həmin vəzifəlilər mahnının bütün xərclərini üzərinəgötürür. Siz əbelə təklif edilibmi?

-Təklif olub, amma razılaşmamışam. Demirəm ki, böyük sənətkaram. Sadəcə, oxumaqistəmədim də.

-Yetərincə təcrübəli sənətçisiniz və bu suala cavab verməyə yəqin ki, mənəvihaqqınız var. Gəncifaçıalrdan kimləri bəyənirsiniz?

- Deyə bilərəm ki,yaxşı ifaçılar var. Amma inanın ki, adları yadımda qalmır. Kimsə fikirləşməsinki, kiminsə adını çəkməklə bəylikdən düşərəm. Nədənsə yaşlı nəsil qəbul etmirki, biz əbədi deyilik. Biz sovet səhnəsinə Flora Kərimova, Müslüm Maqomayev,Zeynəb Xanlarova kimi sənətkarlar vermişdik. Amma bu gün onlara alternativgörmürəm.


- Təxminən otuz illik sənət təcrübəniz var. Amma bəzən belə fikirlər olur ki,Aslan Hüseynovu ən çox tanıtdıran AzTV-nin keçmiş sədri Arif Alışanovu tənqidetməsi idi. Bu fikirlə razısınızmı?

- Mən Azərbaycana atmaritm gətirmişəm və o vaxt bun ritmdə heç kim oxumurdu. İndi bütün ifaçılar buritmdə oxusalar da, adımı çəkmirlər ki, bəylikdən düşərlər. Alışanov məsələsinəgəlincə, o, vəzifədən çıxarılanda bir kəlmə də tənqidi fikir söyləmədim ki,iyrənc görünməsin. Yəni, fikrimi vəzifədə olarkən demişdim. O vaxt heç birsənətçi mənim tərəfimi tutmasa da, sonradan Alışanovu tənqid etməyə başladılar.


İntiqamVALEHOĞLU