adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Mart 2020 09:10
85152
ŞOU-BİZNES

Damla: “Oğlum İbrahimin atası...”

Müğənni Damla2017-ci ildə instaqramda ilk ilk dəfəoğlunun fotosunu paylaşmışdı.

Sənətçi mətbuatdangizlətdiyi övladının şəklini izləyiciləri ilə bölüşdükdən həmən sonra fotonu 12 minə yaxın insan bəyənmişdi.Ovaxt müğənni hətta:”Bu hədiyyəni görən kimi duyğulandım. Oğlum bu həyatdasahib olduğum yeganə varlığımdır. Nə yaxşı ki, övladımla olan bu fotonu hazırlamısız.Allah bu sevgini mənə çox görməsin”- deyə şərh bildirb.Damla müsahibələrininbirində oğlunun onunla foto paylaşmağa icazə vermədiyini söyləmişdi.

Amma...

Atv telekanalında yayımlanan "Zaurla Günaydın”proqramına Damla və oğlu İbrahim sürpriz bir şəkildə qonaqolublar.

Adalet.az xəbər verir ki, İfaçı əvvəllər oğlunu mediadangizlətməsinin səbəbini də açıqlayıb:

"Bilirsiniz, oğlum bir az başqa xarakterli uşaqdır.Açılışmağa, efirlərə gəlməyə biz məcbur edirik. Qapalı uşaqdır. Ona görə həmişəkənar tutmağa çalışmışıq. Xasiyyəti daha çox atasına bənzəyir”.



Müğənni oğlunun atası ilə tez-tez görüşdüyünü dəbildirib:"Atası ilə mütəmadi olaraq görüşürlər. Oğlum atasının yanında olandaçox rahat oluram. İdmanı ilə, tərbiyəsi ilə o məşğul olur. Elə məsələlər varki, mən çatdıra bilmirəm, atası edir. Paltarlarını, sevdiyi şeyləri o alır”.

ƏntiqəRəşid