“Daim qəlyanaltı yemək zərərlidir” - Britaniyalı həkim xəbərdarlıq etdi
Böyük Britaniyalı cərrah Karan Rangarajan gün ərzində daim nəsə yemək vərdişinin qarın ağrısı və diskomforta səbəb ola biləcəyini bildirib.
Adalet.az xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri məlumat yayıb.
Həkimin sözlərinə görə, insanın həzm sistemində “miqrasiyaedici motor kompleks” (MMK) adlandırılan bir mexanizm fəaliyyət göstərir. Bu kompleks yeməklər arasında mədə və nazik bağırsağın ritmik yığılma hərəkətlərindən ibarətdir.
MMK-nın əsas funksiyası - orqanizmdə qida qalığı və bakteriyaların yığılmasının qarşısını almaqdır. Bu mexanizm “daxili təmizlikçi” kimi fəaliyyət göstərir və bağırsaq florasının pozulmamasına, eləcə də şişkinlik və iltihabi proseslərin qarşısının alınmasına kömək edir.
Lakin daim qəlyanaltı etməklə bu təbii sistemin işi pozulur. Həzm sistemi fasiləsiz olaraq qidanı emal etməyə çalışdıqda, bu, həzmin zəifləməsinə, qalıqların toplanmasına və nəticədə bağırsaqlarda bakterial fermentasiyanın yaranmasına səbəb ola bilər.
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

