adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Dekabr 2018 15:42
13463
ƏDƏBİYYAT

Daha olmayacaq

Amin 

Bakı Oksford Məktəbi Şəmkir filialının 11-ci sinif şagirdi


Redaksiyamızın poçtuna 11-ci sinif şagirdi olan Aminin şeirləri daxil olub. Gözdən keçirtdik, onun uşaq həssaslığını, duyumunu və bir də sözə olan sevgisini nəzərə alıb şeirlərini "Ədalət”in oxucularına təqdim edirik. Öz növbəmizdə biz həm də ona uğurlar diləyirik.












Dahaolmayacaq

Buranınkeçmişi küçə məhləsi,

Bakınınulduzlu aylı gecəsi,

İnsanınyaradıb-qurmaq həvəsi

Gəlib-keçibdisə,qayıtmayacaq.

Uçanı qanadıgeri qaytarır,

Boğazdançıxan can geri qayıtmaz.

Biz yatıbqalmışıq, zamansa qaçır,

Qaçılmışzaman geri qayıtmaz.

Dostum, sözümüçün qınama məni,

İnsanın həyatdayoxsa sevəni,

Başa düşməyəcəkolub-keçəni,

Gedəndən ötrüdə darıxmayacaq.

ATA

Atadır həyatın ilk müəllimi,

Atadır həm acı, həm də səmimi.

Atadır övladın imanı, dini,

Zülmətdə tək işıq atadır, ata.

Göylərin gözündən sellər axanda,

Buludlar toqquşub şimşək çaxanda,

Şeytan qaranlıqdan bizə baxanda,

Gözünü çıxaran atadır, ata.

Axan damarında o qaynar qandır,

Parçası olduğun ruhdur, o candır,

Gecədən sonrakı sökülən dandır,

Canının parçası atadır, ata.

Qusarçay

Boz düşüb yenədə dağ-təpəsinə,

Qeybə çəkilibdirbəyaz gölləri.

Budaqlarbürünüb qar ləpəsinə,

Göylərəqalxıbdı çılpaq əlləri.

Dərənibasıbdı ağappaq duman,

Elə bildağlarda dayanıb həyat.

Xalçaya bənzəyirtüstülü tavan,

Yaranıbtavanda təbii fasad.

Bu nə gözəllikdi,sanki nağıldır,

Bir görün nələrəqadirdir Tanrı.

Bu gecə Günəşdə Aya paxıldır,

Bizlərə göstərməkistəmir yarı.

Qar veribeşitdi göylər duamı,

Ciyəriyandırır qışın şaxtası.

Buludları dəlibkeçən şüanın

Bilinmir gerçəyi,yoxsa saxtası.

Bəyazgeyinibdir dərə, ot, çəmən

Bəzənibkeçinib alma diyarı.

Seçilmiryolları axan ağ süddən

Baş alıb "südçayı” Bakıya sarı.

DonubdurQusarçay, daha axmayır,

Suları buzolub yazı gözləyir.

Qəzəlxan buqışı söz yaratmayıb,

Oturub həsrətləyarı gözləyir.

Şirvanım

Vardır mənimvətənimin sinəsində bir torpaq,

Bu torpaqda dəyərolur min cahana bir yarpaq,

Hər tərəfiyamyaşıldır, alması var ağappaq,

Özün kimi gözoxşayan bir qonşun var, Aranım,

Sənsən mənimhər nəyim var, sənsən, əziz Şirvanım.

Torpağındamin bərəkət, suyunda dərdə dərman,

Gömgöy parlarhər daima üstündəki asiman,

Min məcnunu sənözünə eylədin aşiq, heyran,

Sənsən fəxrim,qürurum, sənsən mənim ad-sanım,

Sənsən mənimhər nəyim var, sənsən, əziz Şirvanım.

Çəmənində çiçəkaçır bir dünyanın gülləri,

Görənlərindinməz olur heyrətindən dilləri,

Deyin mənə,harda görmüş insan böylə elləri?

Yer üzündəyeganəmsən, cənnət kimi xəyalım,

Sənsən mənimhər nəyim var, sənsən, əziz Şirvanım.

Sən olubsankeçilməzlər içindəki keçilməz,

Gün yoxdurki, şan-şöhrətin deyilməz, eşidilməz,

Torpağınaayaq basdın, daha bir də gedilməz,

Sən həsrətim,intizarım, özün mənim dərmanın,

Sənsən mənimhər nəyim var, sənsən, əziz Şirvanım.

Təyinat

Əgər həyatağacdırsa,

Biz heçyarpaq da deyilik.

Bu dünyada nəyerliyik ,

Nə də ki,qaçaq deyilik.

Biz özümüzözümüzə

Lazımdeyiliksə əgər,

Bu zaman budövrana

Zərrə də gərəkdeyilik.

Kim deyir ki,bu uzanan

vaxt içindəyeganəyik?

Biz Tanrının uşaqları,

öz cisminə bənzəyərik.

Biz sitayişetmiriksə

heç bir kəsincamalına.

Demək ki,insan övladı

Tanrısına xələfdeyil.

Biz tarladaqarışqadan

kiçiyik bu bəşərüçün.

Göylərdəkiulduz qədər

uzağıq bil həqiqətə.

Göz ulduzugörmüş isə,

həqiqəti o görmüşdür.

Lakin insanöz gördüyü

həqiqətə bələddeyil.

Söyləyiriktörəmişik

imamdan, peyğəmbərdən.

Öz-özümüzqurduğumuz

yol uğrunayaşayırıq.

Deyirik ki,bizik həyat,

biz gəlmişikhəqiqətdən.

İnsan heç dəbu həyata

dayaq durandirək deyil.

Torpaq

Əcəl gələnədək səbir eyləyib,

Qurtaran ömrümü mən gileyləyib,

Bu vaxtın içində bir gün əriyib,

Sənə qayıdacam, sənə, a torpaq.

Alacaq dünyanı boranlar, sellər,

Torpağa dönəcək dənizlər göllər,

Bir gün quruyacaq qum olub ellər,

Yenə qayıdacaq, sənə, a torpaq.

Unudulmur

Gecələr heyuçur, bir də baxdın dan,

Zamanın sürətiyamandır, yaman.

Bakının küləyikimidir zaman,

Qaçıbdır,qaçacaq, dayanmaq bilmir.

Bir ömüryaşanıb keçib getsə də,

Həyatınhay-küyü səsi bitsə də,

Allahınyazdığı günlər keçsə də,

Vaxtınyaddaşından silinmək bilmir.

Unutmur bu ürəko yaraları,

Başlara örtüləndüm qaraları,

Ağappağağaran xına saçları,

Çoxalanyaşları unutmaq bilmir.

Qəfildən keçsədə fəsillər, aylar

Dənizdən itsədə tənha qayıqlar,

Ətəkdə əriyibsu olsa da qar,

Dağlarınbaşında ərimək bilmir.

İllərinkeçibdir onun yanında,

Artıb başaçatdın göz qabağında,

Həyatınkeçibdir qanad altında,

Qanadsızinsanın ruhu isinmir.

Yazırsanbaşında bir tüstü, duman,

Sənmisəndoğrudan dərdində yanan?

Vaxtiləsevgiyə, eşqə inanan,

İnsaninancının sonu bilinmir.