adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Fevral 2019 10:15
5236
MƏMLƏKƏT

Daha hansı vulkanlar aktivləşə bilər?

Şamaxıda Quşçu kəndi yaxınlığında "Quşçu” vulkanının püskürməsi gözlənilən idi.

Adalet.az xəbər verir ki, bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, fevralın 5-də Şamaxı-Ağsu bölgəsində baş verən zəlzələdən sonra Şamaxıda 3, Qobustanda 1 palçıq vulkanının aktivləşəcəyi gözlənilirdi.

Güclü zəlzələlərin vulkanların aktivləşməsinə təsir göstərdiyini söyləyən alim baş vermiş zəlzələ ilə əlaqədar Şamaxıda "Quşçu” ilə yanaşı, "Dəmirçi”, "Qızmeydan”, Qobustanda "Şıxzərli” vulkanlarında aktivləşmənin olacağını ehtimal edib.