adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Sentyabr 2017 17:54
23565
ƏDƏBİYYAT

Daha cox özgələrini oxuyuruq - REPORTAJ

Bu gün VBeynəlxalq Kitab Sərgisində ikinci gün idi. Aramsız yağış dayanmış olsa dahavada buludlar kitab rəfindəki kimi yan-yana düzülmüşdülər. Dostum, yazar HikmətOrhunla Kitab Sərgisinin önündə qarşılaşdıq.

- Qazaxınsoyuğunu Bakıya gətirmisən, deyəsən...

- Qazaxdayağışlar ara vermir...

Hikmətinpoetik cavabı hüznləndirdi məni. Ağır-ağır içəri keçirik. Böyük kitab rəfləri,adamlar, yazıçıların posterləri bizi qarşılayır. Ancaq gözümə tünlük görünmür.Tək-tük adamlar kitabların içində vurnuxurlar. Eynəkli bir oğlan əlində qalınkitabla gəzişir. Cəld tərpənib, aldığı kitabla maraqlanıram.

-Müəllifkimdi?

-BorisPasternak

-Qiymətineçədi?

-5manat.

-Dünənburda idiz? Ümumən hansı kitablara üstünlük verirsiz?

-Hə,açılışda burda idim. Xeyli kitab aldım. Aldığım kitabların əksəriyyəti dünya ədəbiyyatındadır.Belə kitab sərgilərinin olmağı gözəl hadisədir. Çox sevinirəm. Bu gün də rus ədəbiyyatındanbəzi kitablar alacam.

-Azərbaycanədəbiyyatına niyə üstünlük vermirsiz?

-Məktəbvaxtlarında öz ədəbiyyatımızdan xeyli əsərlər oxumuşam.

-Bəsbizim müasir yazarlardan?

-SeymurBaycanı, Şərif Ağayarı, Qisməti oxuyuram.

Eynəklioğlanla təbəssümlü şəkildə ayrılırıq. Bir də ətrafıma baxıb nə görsəm yaxşıdı,Hikmət yağlı əppək olub. İçimdə Hikmətə donquldanıram.


Sərgininkeçirildiyi Əl Oyunları İdman Sarayına diqqətlə baxıram. Tamaşaçıların əyləşdiyiskamyalarda qadınlar diqqətimi çəkir. Aralarında kişilər də sərgini izləyirlər.Əlim havada düşünürəm ki, bu adamlar futbola, yaxud boks yarışlarına gəliblər?

Düşüncələrimindərinliyində çabalaya-çabalaya qaldığım an, ədəbiyyatımızın ciddi imzalarındanKəramət Böyükçöllə qarşılaşıram. Hal-kefdən sonra soruşuram:

-Kəramət,bu adamlar orda niyə oturublar?

-Yazıçılargüləşəcəklər ona görə...

Kəramətincavabı həmişəki kimi özünəməxsus olur. Tənha gəzişən adamların içində yenəfotoqraf Şahin Yüksəli görürəm.

-Səndünəndən burdasan?

-Hə,2 gündü burda yatıb-dururam...

Hikməti axtarmaq üçün gəzişirəm. Gəzişdikcə oxucularımız çoxalır. "Qanun”nəşriyyatının stendində qızlar Şahbaz bəyə kitablarlabağlı aramsız suallar verirlər. Naşirimizin dediyinə görə, 25 min kitablasərgiyə qatılıblar.

- Ən çox kitab burdadır, deyəsən...

- Bizdə hər il bu qədər olur, ya da daha artıq.Dünənə nisbətən bu gün oxucularımız azdı, ancaq çoxalacağına inanırıq.

Üç tələbəoğlan Çingiz Abdullayevin nitqinə qulaq asırlar. Çingiz bəy bəlağətli, fəlsəfifikirlərini gənc oğlanlarla bölüşür.


Digərkitab stendlərinə keçirəm. Ancaq gördüyüm mənzərələr ürəkaçan olmur. Naşirlərbugünkü hava kimi kədərli görünürlər. "Artkaspi”nin nümayəndəsi gözəl Aysu Kərimovada burdadır. Stenddə Hüseyn Cavidin yaradıcılığı, Sona Vəliyevanın kitablarınümayiş olunur. Gələn adamlar kitabları ala bilmir, çünki burda kitablar yerindəqalır, heç kəsə getmirlər. Yəqin deyəcəksiniz ki, bu da kədərlidi. Bu kədəribirdəfəlik başımızdan atsaq, Günəşi gətirərdik ömrümüzə. Gözümü ovuşdurub ətrafıdaha aydın görürəm. Bu da Hikmət. Digər yoldan ötüb keçdi. Tez adamlarınarasından götürülüb Hikməti yaxalayıram. Əlində 3-4 kitab var.

- Bahoo,Hikmət nə çox kitab almısan?

- Qazaxaaparacam.

- Hansıkitablardı?

-Qismətintərcüməsində Nabokov, Boris Posternak, Posmodernizm və ilaxır..

- Nəyaxşı, intellektual kitablar almısan...

- Ayrıcür ola da bilməzdi...

Bu anadamlar bir yerə toplanır. Sən demə, Türkiyə ilə Azərbaycan naşirləri arasında görüş start götürür.

Türkiyənin"Nar yayınları" nəşriyyatının təmsilçisi Tayfur Esen məruzə ilə çıxışedir. Bildirir ki, son illər türk ədəbiyyatına Azərbaycanda, eyni zamanda, Azərbaycanədəbiyyatına Türkiyədə olan maraq hər iki ölkənin poliqrafiya və nəşriyyat evlərininəməkdaşlığına ciddi əsaslar verir. Hər iki ölkənin kitab satışı ilə məşğul olanşirkətlərinin işə töhfə vermələrinin zəruriliyini qeyd edən Tayfur bəy rəhbəri olduğu qurumun bu istiqamətdə müvafiqişlər görəcəyini vurğulayır: "Son illər Türkiyədə nəşr edilən müxtəlif mövzulukitablara Azərbaycanda böyük marağın şahidiyik. O cümlədən bizim ölkədə də eynimaraq var. Çalışmalıyıq ki, bu işin daha da sürətlənməsi üçün çap və poliqrafiyaevləri arasında əlaqələr quraq və yeni nəşrlərin satışını həyata keçirək.Bakıda beynəlxalq kitab sərgisində iştirakımız məhz bu istiqamətdə qarşılıqlı əməkdaşlığasöykənən əlaqələrimizi təkmilləşdirmək, aidiyyəti qurumlarla razılıq haqqındamüqavilələr imzalamaqdan ibarətdir. Bir sözlə, tərcümə sahəsindən tutmuş digərsahələrədək qarşılıqlı əməkdaşlığı nəzərdən keçirməliyik”.


Digərbir türk yayınçı "Ötükən” nəşriyyat evinin təmsilçisi Ertuğrul Alpay çıxış edərəkTürkiyədə fəaliyyət göstərən poliqrafiya və nəşriyyat evlərinin fəaliyyətindən,kitabların çap edilmə metodundan, təmsil etdiyi ölkənin kitab bazarlarınınhazırkı durumundan, hər il ən çox oxunan və satılan kitablardan və digərmövzulardan bəhs etdi.

Adamlargetdikcə azalmağa başlayır. Ya da özüm fikirli olduğumdan Alpay bəyin yekunsözlərini duya bilmirəm.

Norveç nəşriyyatınıntəmsilçisi ağbirçək, göygöz qadın təbəssümlə uzaqdan məni salamlayır. "Rathori”nəşriyyatında tək-tənha oturub adamlara pulsuz təbəssüm paylayır.

80-lər nəslininnümayəndələrindən yazıçı Azad Qaradərəli də kitabların içində gəzişir.Salamlaşıb dünənki imza günündən, ümumən kitab sərgisindən təəssüratlarınısoruşuram. Sözü Azad müəllimə verək:

"Kitab adınanə varsa, hamısını dəstəkləmişəm həmişə. Adamlarımızı kitaba yaxınlaşdırmaqüçün atılan bütün addımlara biz yazarlar ürəklə girişməliyik. DünənkiBeynəlxalq Kitab Sərgisi bu baxımdan çox maraqlı idi. Mənimçün isə ikiqatmaraqlı idi. Çünki Türkiyədən qələm dostlarım Orhan Karavəli, Ahmet Yıldız,İstanbulun Boyalıkuş yayın evindən gələn müsafirlər də yanımızda idilər. Bunəşriyyat həm də mənim "Süd gölü" adlı hekayələr kitabımı çap etmişvə sərgidə nümayiş etdirirdilər.


Yerli qələm dostlarımdan Əkrəm Əylisli, Rasim Qaraca,Əlabbas, Aslan Quliyev, Mübariz Örən, Şərif Ağayar, Namiq Şaman və gənc qələmdostlarımız, tələbələrim, yaxın dostlarım da orada idilər.”

Azad müəlliməminnətdarlığımı bildirib, sağollaşıram.

Qıvrımsaçlı iki oğlan əlləri zənbilli ağır-ağır gəzişirlər. Arxalarınca çatıb,tövşüyürəm.

-Salam,hansı kitabları almısız?

-OrxanPamukdan "Qar”, "Dostoyevskidən "Qumarbaz”

-Deyəsən,siz də dünya ədəbiyyatına üstünlük verirsiz?


-Azərbaycanədəbiyyatını oxumuruq. Tələbə vaxtı bəzi kitablar oxumuşuq.

-Kitablarbaha deyil ki?

-Yox,qiymətlərdən razıyıq, həm də endirim olması bizi sevindirdi.

-Bəs,sərgi haqda nələr düşünürsüz?

-Kitablarçox olsa, biz də çox inkişaf edərik.

Qıvrımsaçlı oğlanlar kitabların içində gözdən itirlər. Mən də gözümü yumub kitablarınküçəsində yoxa çıxıram...