Daha bir qrup qazi 4-cü nəsil elektron protezlə təmin edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 dekabr- Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ərəfəsində daha bir qrup Vətən müharibəsi qazisi yüksək texnologiyalı protezlərlə təmin edilib.
Nazirlikdən Adalet.az-a verilən məlumata görə, aşağı və yuxarı ətrafları amputasiya olunmuş qazilərimiz əvvəlcə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində protezləşməyə hazırlıq mərhələsi keçiblər. Bu mərhələnin yekunu olaraq onlara yüksək texnologiyalı, ən müasir 4-cü nəsil elektron protezlə təminatı həyata keçirilib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından Nazirlik ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq ətraflarını itirmiş hərbçilərin yüksək texnologiyalı, elektron protezlərlə təminatı işlərini aparır. Artıq 164 hərbçi 172 ən müasir 4-cü nəsil elektron protezlə təmin edilib.
Onlardan 149-u aşağı ətraflarını itirmiş qazilərdir. Onlara təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. İstifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə addımlamağa, müxtəlif məkanlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.
Digər 15 nəfər isə yuxarı ətraflarını itirmiş qazilərdir ki, onlar “ÖSSUR Touch Bionics” protezləri ilə təmin olunub. Bu protezlər yuxarı ətrafları amputasiya olunmuş şəxslərə xüsusi proqram təminatı vasitəsi ilə sosial həyata daha tez və rahat inteqrasiya imkanı yaradır. “ÖSSUR i-Limb Ultra” bioelektrik əl darağının 18 fərqli tutma variantı mövcuddur. Komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək da daxildir.
Digər Xəbərlər
16 Dekabr 2025 19:41
FHN-in yaranmasının 20 illiyi qeyd olundu - VİDEO + FOTOLAR
16 Dekabr 2025 19:22
Çevik Polis Alayı xalqımıza şərəflə xidmət edir...
16 Dekabr 2025 15:03
Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
16 Dekabr 2025 14:23
“Toy mərasimlərimiz bütün sifətləri ilə biabırçılıqdır...” - Sosioloq
16 Dekabr 2025 13:06
Ailə vəzifələrinə görə işçilər arasında ayrı-seçkiliyə yol vermək qadağan edilir
16 Dekabr 2025 12:56
Bu şəxslərə daha çox məzuniyyət veriləcək
16 Dekabr 2025 12:34
Dövlət qulluğuna xitam verilməsi ilə bağlı yeni qayda
16 Dekabr 2025 12:22


Bakı -°C

