adalet.az header logo
  • Bakı -°C
31 Dekabr 2025 09:45
69
İQTİSADİYYAT
A- A+

Daha bir ölkə avroya keçir

Bolqarıstan 2026-cı il yanvarın 1-də avrozonaya qoşulacaq və rəsmi olaraq Bolqarıstan levindən imtina edərək milli valyutası kimi avronu qəbul edəcək.

Adalet.az xəbər verir ki, bununla da Bolqarıstan avrozonaya daxil olmaq üçün bütün tələbləri rəsmi olaraq yerinə yetirən 21-ci ölkə olacaq və avronu valyuta kimi istifadə edən avropalıların sayı 350 milyona çatacaq.

Yeni valyutanın qəbul edilməsi məsələsi Bolqarıstan cəmiyyətini iki yerə bölüb. Belə ki Rusiya ilə mədəni və siyasi əlaqələri olan bir ölkədə yaşayan bir çox bolqar Avropaya inteqrasiyanın daha da artmasından ehtiyat edir. Buna səbəb isə ABŞ prezidentinin ABŞ prezidentinin yeni milli təhlükəsizlik strategiyasında Avropanın tənəzzülə doğru getməsinin qeyd edilməsidir.