DAHA BİR KOMANDA REGİONA KÖÇÜR
Oxudum ki, Bakının «Səbail» klubu yeni ildən Şirvan şəhərinə köçəcək.
Regionlarda klubların yaradılması təqdirəlayiqdir. Amma Bakıdan köçürülməklə istənilən nəticəni almaq olmaz.
Tovuzda, Gəncədə olduğu kimi, regionlar öz komandalarını yaratmalıdırlar. Bakı komandaları oyun günləri, ya uzağı bir gün qabaq gedib regionda futbol oynamaqla futbolu inkişaf etdirmək olmaz.
Regionlardakı on milyon manatlarla başa gəlmiş idman kompleksləri ağzı günə qılb. Hələ bu günədək heç bir Olimpiya Kompleksi Azərbaycan idmanına nə bir güləşçi, nə bir boksçu, nə bir ağırlıq qaldıran, nə bir üzgüçü və sair və ilaxır verməyib.
Olimpiya kompleksləri ya otel kimi istifadə olunur, üzgüçülük hovuzları da axşamlar yeyib-içməkdən gəlmiş məmurların yorğunluğunu çıxarmaq üçün.
Digər Xəbərlər
18 Mart 2026 15:38
“Liverpul”un futbolçusu “Qalatasaray”la oyunu buraxa bilər
18 Mart 2026 11:00
Çempionlar Liqası: "Qalatasaray" "Liverpul" səfərində
18 Mart 2026 09:49
Futbolda tarixi qərar - Kuboku Seneqaldan alıb Mərakeşə verdilər
18 Mart 2026 09:26


Bakı -°C

