adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Mart 2017 13:29
4065
GÜNDƏM

DAHA BİR CANAVAR MƏSƏLİ

Birdəfə dörd-beş maşın adam Ağcabədiyə kəndimizə gedirdik. Birdən təzəcə boy atmışzəmidən qoyun itindən də böyük bir canavarçıxdı və dayandı. Biz də maşından düşdük, on-on beş adam, maraqla canavarabaxırdıq. O da heç bizi vecinə almadanbizə baxırdı. Təxminən 3-4 dəqiqə belə baxışdıq. Sonra heç nə olmamış kimi yolun o biri üzünə kəndətərəf keçdi. Yenə bir dayanıb bizə baxdı. Bizi gülmək tutmuşdu, o da deyəsən istehzailə baxırdı ki, sanki deyirdi, bilirəm silahınız yoxdu. Sağ olsun, bizə hörmət elədi,bizə dəymədi. Getdi bizim qohumların qoyunlarına baş çəkməyə.Yaxşı bilirdi ki, bizim qohumlarda da silah yoxdu.