adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Avqust 2019 13:06
9295
MƏMLƏKƏT

Daha bir bölgədə sayğacların dəyişdirilməsinə başlanılıb

"Azəriqaz” İstehsalat Birliyinin Gəncə və Ağsu Regionalqaz istismar İdarələri (RQİİ) ilə yanaşı, Salyan Regional qaz istismar İdarəsinədaxil olan rayon və kəndlərdə də qaz sayğaclarının kütləvi olaraq yeniləri iləəvəz olunmasına başlanılıb. 

Beləliklə, istehlakçıların ünvanlarında uzun müddətistismarda olan və istismar müddəti başa çatmış Gəncə RQİİ üzrə 62785,Ağsu RQİİ üzrə 52413, Salyan RQİİ üzrə isə 51443 ədəd məişəttəyinatlı mexaniki və köhnə nəsil smart-kart tipli qaz sayğaclarıdəyişdiriləcək. Qaz sayğaclarının kütləvi olaraq əvəz edilməsi işləri iləəlaqədar ötən həftə Gəncə RQİİ-yə 1895 ədəd, Ağsu RQİİ-yə 960 ədəd və SalyanRQİİ-yə isə 1586 ədəd yeni nəsil "İtron Gallus” Pay G-4 NGPP markalı qaz sayğacları göndərilib.